Mübariz Əhmədoğlu: "Levon Ayrapetyanın həbsi ABŞ-ın Ermənistandakı səfirliyinin binasının tikintisi ilə əlaqəli ola bilər"
09:49 24-07-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Levon Ayrapetyanın həbsi ABŞ-ın
Ermənistandakı səfirliyinin binasının tikintisi ilə əlaqəli ola bilər"
"Əslən Dağlıq Qarabağdan olan Levon Ayrapetyanın həyat yolu orijinal deyil, əksər erməni tanınmışlarına xas olan yoldur: Kiminsə yanında işləmək, yaltaqlanmağın hesabına yeni əlaqələr qurmaq, yeni əlaqələrin içərisində hakimiyyət adamları ilə olan əlaqələrin inkişafına xüsusi önəm vermək və nəticədə bu əlaqəni pul mənbəyinə çevirmək".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, məqsədə çatmaq üçün kriminallıqdan istifadə və ya kriminallarla iş birliyi belə adamlar üçün eyib sayılmır, bacarıq hesab edilir: "V.Çernomordin Rusiya tarixində özünəməxsus rolu olan baş nazir idi. Onu aldatmaq ermənilər üçün o qədər də böyük problem deyildi. Amma milliyətcə erməni L.Ayrapetyanın türk kökənli başqırdlarla iş qurması isə ayrı laddır. Rusiyadakı saxta özəlləşmə zamanı L.Ayrapetyan hakimiyyət və kriminalla əlaqəsindən istifadə edib sıravi jurnalistdən milyarderə çevrildi. L.Ayrapetyanın dəstəsinin üzvü olan "basmaç" ləqəbli A.Matusovdan erməni pasportunun tapılması da təsadüfi hesab edilməməlidir".
Politoloq bildirib ki, L.Ayrapetyan Rusiyadan qazandığı pulu əksərən ABŞ-ın maraqlarına uyğun, Rusiyanın maraqlarının ziddinə xərcləyirdi: "ABŞ-ın Ermənistandakı səfirliyinin binası ölçüsünə görə dünyada ikincidir. ABŞ səfirliyinin Ermənistandakı binasının belə böyük alınmasında təkcə ABŞ-ın geosiyasi maraqları dayanmır. Bu bina Rusiyadakı ermənilərin ABŞ qarşısındakı xidmətin və bu xidmətə rəsmi Vaşinqtonun verdiyi dəyərin simvoludur. Səfirliyin binası təkcə diplomatik məkan deyil, həm də mükəmməl hərbi bazadır. Tam təchiz olunmuş 400 dəniz pişiyi bu binada uzun müddət dislokasiya oluna bilər".
M.Əhmədoğlu deyib ki, indiyədək ABŞ-ın Ermənistandakı səfirliyinin binasının tikintisinə ayrılan torpağın, bu torpağın özgələşdirilməsinin sənədləri aşkarlanmayıb, gizlədilib. Ermənistanda bir qrup rusiyapərəst gənc səfirliyin torpağının verilmə sənədlərilə bağlı piket keçirsələr də, Ermənistan rəsmiləri aydın cavab verə bilmirlər: "Çünki L.Ayrapetyanın nüfuzundan, kriminal dəstəsindən qorxurlar.Səfirliyin binasının tikintisinə torpaqların alınmasının, tikintinin standartdan kənar xərclərinin əsas qismini L.Ayrapetyan ödəyib. Bu işdə hətta indiki prezident S. Sərkisyanın Moskvaaltındak müəssisələrinin də iştirakı olmuşdur".
Politoloqun sözlərinə görə, "Sobesednik" mətbuat evinin direktoru olarkən L.Ayrapetyan RF-in Ermənistanda bəzi mətbu orqanları vasitəsilə qurduğu antiqərb media layihəni məhv etdi: "Erməni gənclərinin ABŞ-ın Ermənistandakı səfirliyinin binası qarşısında torpaq sənədlərinin aşkarlanması ilə bağlı piketləri, Ermənistan pasportu daşıyan A.Matusovun ("basmaç") həbsi, Ermənistan və RF baş nazirlərinin Soçi görüşü və bunun dalısınca L.Ayrapetyanın gözlənilmədən Moskvada həbsi bir zəncirin həlqələridir. Rusiya Ermənistana yardım etməyə, onu dirçəltməyə hazırdır. Amma RF əmin olmalıdır ki, Ermənistan həm bu gün, həm də sabah Rusiyanın olacaqdır. Ermənistanı Qərbə qaçırmaq gücündə olan bütün mexanizmlər aradan qaldırılmalıdır. ABŞ səfirliyinin Ermənistandakı binası, Levon Ayrapetyanın indiki fəaliyyəti Ermənistanın Qərbə meyllənməsində mühüm rola malikdir. Dağlıq Qarabağda hər il eşşək yarışı keçirməklə özünün ABŞ-dakı demokratlara yaxınlığını nümayiş etdirən L.Ayrapetyan həm də Ermənistan hökuməti üçün də təhlükəli idi. Hər bayramda ABŞ prezidentlərindən təbrik alan erməni istənilən anda Ermənistanda prezident olmaq iddiasına düşə bilər".
M.Əhmədoğlu deyib ki, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi Rusiya və Fransanın mövqeyindən daha çox ermənipərəstliyi ilə fərqlənir: "ABŞ və ermənilər əvvəlcə Dağlıq Qarabağ ermənilərinə müstəqillik statusunun verilməsini, sonra isə Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılmasını istəyirlər. RF və Fransa isə əvvəlcə Dağlıq Qarabağ ətrafındakı bütün ərazilərin Azərbaycana qaytarılmasını, sonra isə statusun müəyyənləşməsini istəyirlər. Onlara görə, Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları birlikdə iştirak etməlidir. ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinin Rusiya və Fransanın mövqeyindən daha çox ermənipərəst olmasının iki əsas tərkib hissəsi var. Bunlardan biri L.Ayrapetyan və onun kimilər, digəri isə ABŞ-ın xüsusi xidmət orqanlarıdır".
Onun sözlərinə görə, Moskva L.Ayrapetyanı həbs etməklə ABŞ-ın Ermənistandakı maraqlarına və Qarabağ tənzimlənməsindəki mövqeyinə ciddi zərbə vurdu: "Ola bilər L.Ayrapetyanın həbsilə iş bitməsin. Bundan da sonra belə həbslər seriyasının davam edəcəyini gözləmək olar. Rusiyanın Qafqazdakı maraqları bütün qeyri-leqal qrupların, məxfi oyunların aradan qaldırılmasını və aşkarlanmasını tələb edir".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22