Cənubi Qafqazda yeni çətir: Moskvaya qarşı Ankara-Vaşinqton cəbhəsi
10:16 24-07-2014
DÜNYA
Cənubi Qafqazda yeni çətir: Moskvaya qarşı Ankara-Vaşinqton cəbhəsi
Hələlik Türkiyə və ABŞ-ın Qara dəniz regionu ilə bağlı hər hansı xüsusi razılaşmaya gəldiyini iddia etmək üçün heç bir əsas yoxdur
Ukrayna hadisələri Türkiyə və ABŞ münasibətlərində də yeni bir mərhələnin başlanmasına yardım etdi. Əgər indiyə kimi Ankara ABŞ-ın Qara dəniz hövzəsində güclənməsinə tərəfdar deyildisə, artıq vəziyyət dəyişib.
publika.az-ın verdiyi xəbərə görə, erməni eksperti İqor Muradyan hazırda ABŞ və Türkiyə arasında region üzrə müəyyən razılıqların olduğunu iddia edib. Onun sözlərinə görə, Türkiyə ABŞ-ın regionda hərbi və lojistik baxımından güclənməsini qəbul etməyə məcbur olduğu görüntüsü yaranıb: "Bu Türkiyənin iştirakı olmadan da baş verə bilərdi. Rumıniya regionda ABŞ-ın əsas partnyorudur. Bolqarıstan, Gürcüstan və müəyyən ölçüdə Ukrayna da Vaşinqtonun müttəfiqləri sayılır. Aydındır ki, bu ssenari Türkiyənin maraqlarına tamamilə uyğun deyil. Türkiyə hazırda ABŞ-ın Qara dəniz planlarında daha aktiv iştiraka nail olmağa çalışır".
İ. Muradyan qeyd edir ki, Türkiyə eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında təsirini gücləndirməyə çalışır. O, Türkiyə-Rusiya danışıqlarında Türkiyənin Qara dəniz və Cənubi Qafqaz regionlarları ilə bağlı bir çox məsələlər irəli sürdüyünü, amma bu məsələlərin Rusiya üçün qəbuledilməz olduğunu yazıb: "Əksər ekspertlər bildirir ki, ABŞ Qara dəniz regionu ilə bağlı planlarında qəti qərarları qəbul etməyib. Ehtimal ki, söhbət hazırda Amerika donanmasının məhdud genişləndirilməsindən söhbət gedir. Hələlik Türkiyə və ABŞ-ın Qara dəniz regionu ilə bağlı hər hansı xüsusi razılaşmaya gəldiyini iddia etmək üçün heç bir əsas yoxdur. Amma müxtəlif danışıqların nəticəsi olaraq regionla bağlı bəzi razılıqlara gəldiyini iddia etmək olar. Ehtimal var ki, bu razılıqlar NATO-nun digər üzvləri ilə uyğunlaşdırılmış xarakter daşıyır. ABŞ-Türkiyə münasibətlərində Qara dəniz və Cənubi Qafqaz problemlərinə daha geniş və prinsipial razılıqlar çərçivəsində baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Qara dəniz və Cənubi Qafqaz regionları ilə bağlı planlar ABŞ-ın Avrasiyaya istiqamətlənən strateji planlarına daxildir. Bu maraqlar həm də NATO üzvlərinin maraqları ilə bağlıdır".
Erməni ekspertinin sözlərinə görə, ABŞ və Türkiyənin Qara dəniz və Cənubi Qafqazın problemləri ilə bağlı uyğunlaşdırılmış şəkildə məşğul olması şübhəsizdir.Onun sözlərinə görə, NATO-da partnyor olsalar belə Qara dəniz və Cənubi Qafqaz regionunda ABŞ-ın güclənməsinə etiraz edən Türkiyə Ukrayna hadisələri fonunda eyni mövqeyini davam etdirmək üçün lazımı arqumentlərə malik deyil. "Türkiyənin özü də Krımın Rusiya tərəfindən işğal olunmasından sonra kiçilən vəziyyətə düşüb. Krım Türkiyə üçün o qədər əhəmiyyətli problem deyil ki, Qara dənizində NATO ölkələrinin Hərbi-Dəniz Qüvvələrinin güclənməsi ilə barışsın. Çünki bu problem yalnız Qara dəniz və ətrafdakı regionlarda deyil, həm də daha əhəmiyyətli geosiyasi baxımdan Türkiyənin rolunun prinsipial azaldılmasına səbəb olmur. Bununla belə, Türkiyə və ABŞ arasındakı əvvəlki razılıqlar və Ukrayna hadisələrindən sonra ortaya çıxan yeni arqumentlər Türkiyənin ABŞ-a etiraz etməyə imkan vermir. Xüsusən də Rusiya faktiki olaraq regional məsələlərdə Türkiyəni pis vəziyyətdə qoydu", - deyən erməni eksperti Rusiyaya qarşı Ankara-Vaşinqton cəbhəsinin formalaşmaqda olduğunu bildirib.
Asif Nərimanlı
Digər Xəbərlər
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11
2024-12-25 14:07:02
2024-12-25 14:03:00
2024-12-25 13:47:43
2024-12-25 13:36:11
2024-12-25 13:32:10
2024-12-25 13:12:02
2024-12-25 13:01:01
2024-12-25 12:53:00
2024-12-25 12:26:06
2024-12-25 12:18:29
2024-12-25 10:51:11