İsa Qəmbərin ölü doğulmuş mərkəzi
10:57 05-08-2014
CƏMİYYƏT
İsa Qəmbərin ölü doğulmuş mərkəzi
Müsavat Partiyasının başqanı İsa Qəmbərin yaratdığı Müxalifətin Düşüncə Mərkəzi bir-iki tədbir keçirəndən sonra tamamilə sıradan çıxdı. Demək olar ki, son günlər bu qurumun adı belə gündəmdə deyil.
"Unikal"ın məlumatına görə, Müsavat başqanının yeni layihəsinin ölü doğulmuş uşaq effekti verməsi səbəbsiz deyil. Çünki İsa Qəmbər bu qurumun müxalifət daxilində müzakirə aparmamış elan etdi, elə ona görə də effekti olmadı. Hələ üstəlik bir sıra müxalifət partiyaları ona qarşı cəbhə aldılar.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Düşüncə Mərkəzi barədə müsbət fikirdə olmadığını bildirib. ADP sədri qeyd edib ki, onlar hər kəslə əməkdaşlıq edə bilərlər. Onun sözlərinə görə, hansı partiya "Qarabağ" bloku ilə əməkdaşlıq etmək istəsə, onlarla birgə seçkidə iştirak edə bilərlər. Qeyd edək ki, bir müddət öncə Müsavat partiyasına əməkdaşlıq barədə təklif göndərsələr də, qarşı tərəfdən müsbət cavab almamışdılar: "Bələdiyyə seçkilərində əməkdaşlıqla bağlı Müsavat Partiyası rəhbərliyi ilə şifahi söhbət etmişdik. Müsbət cavab olmayıb, onunla da qurtarmışıq. Biz kimisə niyə gözləməliyik və yaxud da kimsə bizi niyə gözləməlidir? Normal dildə dedilər ki, biz istəmirik. Zorla deyə bilmərik ki, gəlin bizimlə əməkdaşlıq edin. Müsavatın yaratdığı Düşüncə Mərkəzinin perspektivi yoxdur. Təcrübə göstərir ki, belə təşəbbüslərin heç birinin axırı olmur. Ancaq ideya kimi səslənir və orada da qalır. Siyasətdə tələbdən doğmayan təklif varsa, o heç bir xeyir edə bilməz. Müsavatın Düşüncə mərkəzi ideyası boşluğu doldurmaq, vəziyyətdən çıxmaq üçün bir variant idi. Müsavat Milli Şuradan çıxandan sonra ona olan qınağın da rolu ola bilər".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şura üzvü Əli Orucov Müxalifətin Düşüncə Mərkəzi barədə fikirlərini "Unikal"la bölüşərkən deyib ki, İctimai Palatadakı uğursuzluq bu qurumda da müşahidə olunacaq. Onun sözlərinə görə, müxalifət hələ də birliklərin parçalanmasına səbəb olan məsələləri aradan qaldıra bilməyib: "Təəssüf ki, bəzi müxalif dostlarımız əvvəlcə hansısa addımı atır sonra düşünməyə başlayırlar. Düşünmək istəyənlərə ancaq uğurlar arzulaya bilərəm. Onlara imkan vermək lazımdır ki, düşünsünlər. İstərdim ki, nəhayət ki, nəyəsə nail ola bilsinlər. Açığı, cəmiyyətdə hərəkətlilik olmasa, narazı kütlə müxalifətə yaxınlaşmasa, qeyri-iqtidar düşərgəsindən ciddi irəliləyiş gözləmək bir qədər çətin olar".
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Strateji Düşüncə Mərkəzinin fəaliyyətini şərh edərkən deyib ki, əməkdaşlıq üçün lazım olan addımlar atlacaq: "Qurum Azərbaycanın taleyi üçün önəmli hesab etdiyi məsələlər üzərində müzakirələr aparır. Bir sıra məsələlər, Urkraynada gedən proseslər, Qarabağ məsələsi və digər mövzularda strateji düşüncə mərkəzində müzakirələr aparılıb və aparılmağa davam edəcək".
Amma görünən odur ki, Müsavat Partiyası nə qədər çalışsa da, digər müxalifət qüvvələri İsa Qəmbərin ölü doğulmuş düçüncə mərkəzinə qarşı birləşiblər. Yəni, İsa Qəmbər və onun ətrafı nə qədər çalışsa da, mərkəzində Müsavat olan birlik formalaşdıra bilməyəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22