AXCP sədrinə qarşı müxalifətdən şok ittihamlar
11:13 11-09-2014
CƏMİYYƏT
AXCP sədrinə qarşı müxalifətdən şok ittihamlar
Elman Türkoğlu: "Xəyanətkar, satqın, DTK agenti, gündüzlər müxalifət, gecələr iqtidar olan Əli Kərimlidir"
BAXCP sədrinin müavini: "Əli Kərimli xarici kəşfiyyat orqanlarına işləyir, ondan istifadə edib, "mesajlarını" çatdırırlar"
Son günlər AXCP sədri Əli Kərimli ilə bağlı dolaşıq məlumatlar ictimaiyyətə ötürülməkdədir. İlk baxışdan bu informasiyalar gözardı edilsə də, araşdırma aparandan sonra deyilənlərin həqiqət olduğu aydın olur.
"Unikal"ın araşdırmalarına görə, AXCP son dövrlər xarici kəşfiyyat orqanları ilə sıx əməkdaşlığa başlayıb. Onların tapşırıqlarına uyğun olaraq, fəaliyyət göstərir. Artıq bu faktlar digər müxalifət nümayəndələri tərəfindən də ifadə olunur.
"Beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin , diplomatlarının Azərbaycanın siyasi partiya, QHT və media rəhbərləri ilə gizli görüş keçirməsi nə dərəcədə qanuna uyğun ola bilər?". Bu fikirləri "Unikal"a BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, bu cür görüşlər bütün diplomatik normaları pozur: "Onların bu cür gizli görüşlər keçirməsi yalnız həmin qurumların Azərbaycana yönəlik siyasətlərini bunlar vasitəsi ilə həyata keçirmək məqsədi daşıyır. Xüsüsən bu görüşləri Əli Kərimli ilə aparırlar və ona tapşırıqlar verirlər. Onun vasitəsi ilə Azərbaycan hakimiyyətinə və Azərbaycan dövlətinə olan münasibətini ortaya qoyurlar. Bir sözlə, Əli Kərimlidən istifadə edib, "mesajlarını" çatdırırlar. Qərbin nəinki Azərbaycanda , bütün dünyada "demokratik dəyərləri yaymaq" adı ilə fəaliyyət gösərdiyi beynəlxalq təşkilatları həmin ölkələrdə kəşfiyyat xarakterli işlərlə məşğul olurlar. Diplomatik korpusda da kəşfiyyatçılar "diplomat" adı ilə çalışanlar olur. Öz ölkələrinə məlumat çatdırmaqla məşğul olurlar. Buna ABŞ hər il molyonlarla dollar xərcləyir. Adını da bu cür qoyurlar ki, heç kimdə şübhə yaratmasınlar. Həm də əsas fəaliyyətləri həmin ölkələrdə özlərinin ələ aldıqları şəxslər vasiəsi ilə siyasətlərini elan etməkdir. Qeyd olunan həmin gizli görüşlərdə bu məqsədlə olur".
Məlum olduğu kimi, KXCP-dən istefa verən bayraqdar Elman Türkoğlu da Əli Kərimli barəsində sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, bundan sonrakı fəaliyyəti Əli Kərimliyə qarşı mübarizəyə həsr olunacaq: "İstefa səbəbim isə Əli Kərimliyə qarşı açıq mübarizə və savaş aparmaqdır. Bu Əli Kərimli başda olmaqla ətrafında olan bəzi başıpozuqlar bizim partiyaya və müxalifətdə olan bəzi təmiz partiyalara qarşı "Azadlıq" qəzetində və Əli Kərimlinin əlinin altında olan saytlarda ağızlarına gələn təhqiramiz sözlər yazırdılar. Mən də onlara qarşı cavab verəndə Əli Kərimli Mirmahmud ağaya zəng edib deyirdi ki, "ay dadi-bidad, qoyma, Elman bizi söküb-dağıtdı". 2013-cü il prezident seçkiləri öncəsi Milli Şura yaradılan ərəfədə "Yurdun" (AXCP-red) Ali Məclisinin sədri Həsən Kərimov "Azadlıq" və başqa qəzetlərdə, saytlarda bizim partiyanı təhqir edərək demişdi ki, KXCP-nin hamısı MTN agentləridir. Ona sərt cavab verdiyim üçün Əli Kərimli və digərləri ağama (Mirmahmud Mirəlioğlu-red) zəng edib deyirdilər ki, "qoyma, Elman bizi məhv etdi". Mən də 6-7 ay olar ki, onlara cavab vermirdim. KXCP Milli Şuradan istefa verən ərəfədə AXCP-nin Ali Məclisinin üzvlərindən biri Ağstafada bizim partiyanı təhqir edərək, "KXCP batıra-batıra gedir və yeyə-yeyə gələcəklər" demişdi. Bu nə demək idi axı? Mən də ona və onun satqın, xəyanətkar Əli Kərimlisinə sərt cavab verdim. Bundan sonra partiyada mənə qadağa qoyuldu ki, Əli Kərimli və onun ətrafındakılar KXCP haqqında nəsə desə, cavab vermə. Mən də məcburiyyət qarşısında qalıb istefa verənə qədər susdum. "Görün, Əli Kərimli necə adamdır ki, bu il 28 mayda babam Məmməd Əmin Rəsulzadənin Novxanıda abidəsini ziyarət edərkən demişdi ki, bayraqdar Elman gəlsə, mən gəlməyəcəm".
E.Türkoğlu onu da bildirib ki, Əli Kərimli və ətrafı bu günə qədər ona qarşı piar kampaniyası aparıblar: "Çünki xəyanətkar, satqın, DTK agenti, gündüzlər müxalifət, gecələr iqtidar olan və dədəm Elçibəyi öz ad günündə zəhərləyən, vaxtı ilə AXCP-nin daxilində "Yurd" təşkilatını yaradaraq Elçibəyə arxadan zərbə vuran Əli Kərimlinin bütün paxırlarını, qaranlıq işlərini açıram. Ona görə də mənə qarşı çirkin kampaniya aparırlar. Amma bu kampaniya həmişə boşa çıxır, bundan sonra da belə olacaq. Mənə ağır zərbə o olub ki, dədəm Elçibəyin qohumları Əli Kərimlinin tapşırığı ilə mənə şər-böhtan atdılar. Bu, mənə ağır zərbə oldu. Bunu həyatım boyu unutmayacam. Amma çətinliklə də olsa mən bu böhtandan üzüağ çıxdım. Bu gün də Əli Kərimli və ətrafı məni hər dəqiqə öldürməyə hazırdırlar. Amma bunu bacarmazlar. Çünki mən Əli Kərimliyə nə Elçibəy, nə Əlsafayam, nə İbrahim, nə də Con Elvesem ki, bunu bacarsın. Xədicə İsmayıla qarşı da mübarizəm sərt olacaq. Çünki o, Əli Kərimlinin tapşırığı ilə mənə qarşı saxta sənədlər düzəldərək guya MTN-nin agenti olmağımı deyir. Buna görə də Xədicə İsmayıl cavab verməli olacaq".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00