Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə əsas məsələ Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır"
11:14 11-09-2014
CƏMİYYƏT
Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə əsas məsələ Ermənistan
qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır"
"Fransa prezidenti tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair təklif gəldi
və biz onun vaxtını və proqramını müəyyənləşdiririk"
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, regionda xoşagəlməz proseslər gedir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh sazişinin müzakirəsinə başlanılmalıdır. Bunun üçün Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır.
E.Məmmədyarovun fikrincə, sonuncu danışıqlar sübut edir ki, heç kəs bütün dünyada hər hansı müharibənin tərəfdarı deyil.
Nazir həmçinin qeyd edib ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində həm Minsk qrupunun həmsədrləri ilə, həm də Ermənistan xarici işlər naziri ilə görüş olacaq.
Onun sözlərinə görə, gələn həftə həmsədrlər Azərbaycana səfər edəcək. Müzakirələrdə əsas məsələ Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır.
Digər Xəbərlər
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00