"Kaspi"-dən təhsil inqilabı: Elektron sınaq imtahanı və 97%-lik nəticə
11:15 11-09-2014
CƏMİYYƏT
"Kaspi"-dən təhsil inqilabı: Elektron sınaq imtahanı və 97%-lik nəticə
Sona Vəliyeva: "Bizim əsas məqsədimiz Azərbaycan dövlətinin inkişafına dəstək verəcək ali dərəcəli kadrlar yetişdirməkdir"
Sentyabrın 10-da "Kaspi" Təhsil Şirkəti tərəfindən 2013-2014-cü təhsil ilinə dair yekun hesabatının verilməsi, gələcək plan və layihələrdən xəbərdar etmək məqsədilə ənənəvi mətbuat konfansı keçirilib.
Tədbirin açılış nitqini edən şikətin İdarə Heyətinin sədri Sona Vəliyeva təhsil ilində görülmüş işlər və əldə edilən nəticələr barədə məlumat verib. S.Vəliyeva qeyd edib ki, 2013-2014-cü tədris ilində "Kaspi" təhsil mərkəzləri abituriyent hazırlığı üzrə 97% nəticə göstərib: "Ümumən, tələbələrin 10%-i 600-dən yuxarı, 25%-i 500-600 arası, 35%-i isə 400-500 arası bal toplayıb. 3 tələbə isə 600-dən yuxarı və daha yaxşı nəticə ilə Azərbaycan Diplomatiya Akademiyası, Tibb Universisteti və Dövlət İdarəçilik Akademiyasına daxil olub". Sona Vəliyevanın sözlərinə görə, "Kaspi" Təhsil Şirkəti ölkə rəhbərliyinin Azərbaycan təhsili qarşısında qoyduğu tələbələrə uyğun fəaliyyət göstərir. S.Vəliyeva eyni zamanda şirkətin reallaşdırdığı "Elektron sınaq imtahanı" layihəsi barədə də danışıb. Layihənin Azərbaycan təhsilində yenilik olduğunu deyən idarə heyətinin sədri qeyd edib ki, belə bir mühüm proyektin məhz özəl təhsil şirkəti tərəfindən reallaşdırılması böyük hadisədir: "Həmin və digər layihələr yalnız "Kaspi"-nin maddi bazası hesabına reallaşdırılır. Biz bütün maddi resurslarımızı ancaq təhsilin inkişafına yönəldirik. Cənab Prezident İlham Əliyevin çox gözəl sözü var: "Biz neft kapitalını insan kapitalına çevirməliyik". Bu fikir "Kaspi"-nin fəaliyyətində rəhbər tutduğu devizə çevrilib. Bizim əsas məqsədimiz Azərbaycan dövlətinin inkişafına dəstək verəcək ali dərəcli kadrlar yetişdirməkdir". Daha sonra şirkətin 2014-cü ildə açılmış filialları barədə məlumat verən "Kaspi" Təhsil Şirkətinin direktoru Elnur Əliyev bildirib ki, bu il açılmış yeni filiallarla onların sayı 8-ə çatıb: "2014-cü ilin yanvarından şirkətin Nərimanov, Sumqayıt, Masazır, Nəsimi və Əhəmədli filialları açılıb. Bundan əvvəl isə Elmlər, Yasamal və Xətai filialları fəaliyyət göstərirdi. İl ərzində şirkətin eyni zamanda "Kaspi" uşaq bağçası və liseyi fəaliyyətə başlayıb". Bundan başqa tədbirdə sözügedən təhsil ocağının fəaliyyət göstərdiyi 7 il ərzində digər uğurları da yada salınaraq "Kaspi"-nin bir mərkəz kimi necə fəaliyyətə başlaması, inkişafı yolunda hansı addımların atılmasından danışılıb və "Kaspi"-nin artıq "Şirkət" statusu daşıması xəbəri də verilib. Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyi, KİV nümayəndələri və "Kaspi" Təhsil Mərkəzlərində hazırlanmış abituriyenlər, müəllimlər iştirak ediblər.
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34