İqtisadiyyat institutunda yeni təyinatlar
11:16 11-09-2014
CƏMİYYƏT
İqtisadiyyat institutunda yeni təyinatlar
Sentyabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov vəzifəyə yeni təyin olunmuş dosentlərlə görüşüb.
26 dosent cari tədris ilində təhsilin keyfiyyətinin artırılması istiqamətində müəyyən öhdəliklərə sahib olacaqlar. Dosentlərlə görüş zamanı bir sıra aktual məsələlərə toxunulub. Xüsusilə tədris prosesində yeni innovativ metodlardan istifadəyə diqqət çəkilib.
Görüşdə bildirilib ki, bu istiqamətdə aparılan işlər bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kimi professor-müəllim və tədris-köməkçi heyəti arasında stimullaşdırıcı prosesləri daha da artırmaq və keyfiyyətli təhsilin təmin olunması qeyd edilib.
İşə qəbul və yerdəyişmə ilə bağlı universitetə ümumilikdə 309 ərizə daxil olub. Universitetdə yaradılan komissiya tərəfindən 105 ərizə müsbət tövsiyə olunub. Onlardan 26 nəfər dosent vəzifəsinə təsdiq edilib.
Digər Xəbərlər
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00