Mirmahmud Mirəlioğlu Yusif Bağırzadəyə cavab verdi
15:23 13-09-2014
CƏMİYYƏT
Mirmahmud Mirəlioğlu Yusif Bağırzadəyə cavab verdi
"Dəyirmi masa funksional əməkdaşlıqdır. Biz Birləşmiş Hüquq Müdafiə Mərkəzində (BHMM) həbsdə olanların hüquqlarının müdafiəsi ilə bağlı bir neçə partiya ilə bir araya gəldik. Masa ətrafındakı görüş zamanı bir çox fikirlər səsləndi".
Bunu KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. O, AMİP sədri Yusif Bağırzadənin dediyi fikirlərə də toxunub: "Burada bizimlə bu və ya digər məsələlərdə əks fikirdə olan, yaxud da bizim əks fikirdə olduğumuz partiyalar cəmləşiblər. Qalan məsələlərdə isə kim nə deyirsə, bu onun şəxsi fikridir. Hər halda, bizim fikirlərimizə kimsə qarşıdırsa, bu da onun işidir, özü bilər".
Qeyd edək ki, bir müddət əvvəl Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaradılıb. Mərkəz həbsdə olan vəkillərin hüquqlarının müdafiəsi ilə bağlı keçirdiyi toplantıya bir sıra partiyalar qatılsa da. AMİP həmin toplantıda iştirak etməmişdi. AMİP sədri Yusif Bağırzadə Modern.az-a açıqlamasında hüquqların müdafiəsi ilə bağlı toplantılara qatılmayacaqlarını və ümumiyyətlə belə bir müdafiə mərkəzinə ehtiyacı olmadığını demişdi.
Digər Xəbərlər
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00