Mübariz Əhmədoğlu: "NATO-nun əvvəlki iki sammitində iştirakdan imtina edən Sarkisyanın Uels sammitində iştirakı Rusiyanın zəifliyinin mesajı idi"
15:24 13-09-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "NATO-nun əvvəlki iki sammitində iştirakdan imtina edən Sarkisyanın Uels sammitində iştirakı Rusiyanın zəifliyinin mesajı idi"
"NATO Buxarest sammitində (2008-ci il) MDB məkanındakı münaqişələrin ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi prinsipi əsasında tənizmlənməsinə tərəfdar olduğunu bəyan etdi. Bununla NATO bu münaqişələrə münasibətdə vahid yanaşmanı ortalığa qoydu". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu qeyd edib ki, 2008-ci ildə Serj Sarkisyan yenicə prezident seçilmişdi: "Buxarest sammiti Ermənistan prezidenti Serj Sarkisyanın Uels sammitinədək iştirak etdiyi sonuncu sammit idi. S.Sarkisyan NATO 2010-cu ildə Lissabonda və 2012-ci ildə Çikaqoda keçirilən sammitlərində iştirak etmədi. Hətta Ermənistanın geosiyasi izolyasiyası prosesi gündəliyə gəldi. Səbəb NATO, Buxarest sammitinin yekun sənədində olan müddəanın Lissabon və Çikaqo sammitində daha təkmilləşdirilərək əlavə edilməsi idi. Ermənistanın rəsmi mövqeyinə görə NATO sammiti ATƏT MQ-nin Dağlıq Qarabağ münaqişəsinə dair tənzimləmə prinsiplərindən yalnız birinə-ərazi bütövlüyü prinsipinə dəstək verir. Millətlərin müqəddəratını təyinetmə prinsipini heç yada salmır".
M.Əhmədoğlunun sözlərinə görə, NATO-nun Uels sammitində də NATO-nun MDB məkanındakı münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə münasibətinin prinsipial əsasını dəyişməyəcəyi əvvəlcədən bəlli idi:
"Serj Sarkisyan NATO-nun Dağlıq Qarabağ tənzimləməsinə münasibətinin dəyişməyəcəyini bilirdi, amma sammitin işinə qatıldı; S.Sarkisyan sammitin işində iştirakı cəmi 3-4 saat əvvəldən anons edildı. Bu ola bilər, S.Sarkisyanın Uelsə səfərinə Rusiyanın maneçilik etməməsi üçün ermənilərin "kəşf etdiyi dahiyanə ixtiralardan biridir".
Politoloqun sözlərinə görə, NATO-nun əvvəlki iki sammitindən Uels sammitinədək olan dövr ərzində dünyada baş verən dəyişiklik Qərb-Rusiya qarşıdurmasıdır:
"S.Sarkisyan Rusiya-Qərb qarşıdurmasında Qərbin tərəfini saxladı. Görünür, S.Sarkisyanın əlində olan məlumatlar ona Rusiyanın zəif, Qərbin güclü olduğu nəticəsinə gəlməyə şərait yaradıb. Məhz bu səbəbdən Qərb-Rusiya qarşıdurmasının ən gərgin dövründə seçimini Qərbə tərəf etdi. Ləqəbi II Ənvər Sadat olan Serj Sarkisyanın indiki Qərb-Rusiya qarşıdurmasında seçimini Qərbə tərəf etməsi təsadüfi deyil: S.Sarkisyan Ermənistanı Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində assosiativ müqavilə imzalamasına sonadək cəhd etdi. Məşhur 2013-cü ilin 3 sentyabr hadisəsi bunun qarşısını aldı. S.Sarkisyan indinin özündə də hər an Qərbə tərəf qaçmağa hazırdır. Aİ ilə inteqrasiya istiqamətində danışıqların sönməsinə imkan vermir. Bu işdə Moskvadakı ermənilər, o cümlədən yüksək vəzifədə oturan rus familiyalı ermənilər ona kömək edirlər".
M.Əhmədoğlu vurğulayıb ki, ermənilərin fəaliyyətinin yaratdığı məhsul və ya baza antisovet, antirusiya xarakterlidir: "Eləcə də bu bazaya və belə məhsullara yalnız Qərb maraq göstərib pul verə bilər.S.Sarkisyan bunu başa düşür. Bu bazanın bəzi tərkib hissələri diqqət çəkir. ı) SSRİ-nin dağılmasında özünün və ermənilərin iştirakını S.Sarkisyan Rusiyanın populyar KİV-lərindən birində etiraf etdi. ıı) S.Sarkisyan prezident seçilərkən Ermənistanın Rusiyanın təsirindən çıxıb, Qərbin təsirinə salacağı vəd vermişdi. ııı) Şimali Qafqazla heç bir əlaqəsi olmayan Ermənistanın prezidenti uzun müddət Qərb liderləri üçün Şimali Qafqazdakı vəziyyətin yolgöstərəninə çevrilmişdi. ıv) S.Sarkisyanın yaxın dostlarından biri çərkəz və erməni soyqırımları məsələsində qarşılıqlı anlaşma sənədini imzalatdırdı. ABŞ-da yaşayan, İranın maliyyələşdirdiyi mərkəzdə işləyən bu şəxs məhz Serj Sarkisyanın dostu olduğuna görə onun çərkəz məsələsində antirusiya fəaliyyəti Ermənistanda qınaq obyektinə çevrilmədi. v) S.Sarkisyan Rusiya qoşunlarının Ermənistandan çıxarılmasını Aİ ilə müzakirə obyektinə çevirdi".
Politoloq əlavə edib ki, Ermənistan prezidenti S.Sarkisyanın Antirusiya, qərbpərəst fəaliyyəti indi də davam edir:
"ı) KTMT NATO ilə əməkdaşlığa son qoymaqla bağlı qərar qəbul etdi. Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq rəsmi şəkildə bu qərarı tanımadığını bildirdi. Çox maraqlı izahat verdi: Guya KTMT-nin NATO ilə əməkdaşlığı dayandırmaq qərarı üzv dövlətlərə aid deyil, KTMT-nin mərkəzi ofisinə aiddir. Hər halda ölkəsinin KTMT NATO qarşıdurmasında tutduğu mövqedən prezident olaraq S.Sarkisyanın xəbəri olmalıdır. ıı) NATO-nun Uels sammitinin işində Ermənistanın müdafiə naziri S.Ohanyan da iştirak edirdi. Yada salaq ki, NATO ilə Azərbaycan arasında Əfqanıstan məsələsinə görə, əlaqələrin həcmi Ermənistanla müqayisədə çox yüksəkdir".
M.Əhmədoğlu vurğulayıb ki, hətta birinci beşlikdə olan NATO üzvləri qədər Azərbaycan NATO-nun Əfqanıstan kampaniyasında iştirak edir: "a) qeyri-hərbi texnika Azərbaycan ərazisi vasitəsi ilə nəql olunur, b) Azərbaycan Əfqanıstanın NATO kampaniyasında diplomat və hərbi kadrların hazırlanmasında iştirak edir, c) Azərbaycan NATO-nun Əfqanıstan kampaniyasının ayrı-ayrı proqramlarına 4 milyon avroya yaxın yardım edib. O cümlədən Azərbaycan sülhməramlıları Əfqanıstanda iştirak ediblər. Ermənistan isə NATO-nun Əfqanıstandakısülhməramlılıq kampaniyasında cüzi kontingentlə təmsil olunur. Buna baxmayaraq Ermənistanın müdafiə naziri NATO-nun sammitində iştirak etdi. Görünür, siyasi məsələdir. S.Ohanyan özünü NATO-ya, Qərbə yaxın göstərməyə ehtiyac hiss edib. ııı) S.Sarkisyan V.Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi statusunu qəti şəkildə və Putinin üzünə rədd etdi. Amma NATO-nun Dağlıq Qarabağ məsələsində mövqeyinin Ermənistanın əleyhinə olduğunu bilə-bilə sammitin işinə qatıldı. ıv) S.Sarkisyan NATO-nun Uels sammitindən qayıdan kimi Dilican beynəlxalq ingilisdilli məktəbin qurucuları olan R.Vardanyanı və Q.Adibekyanı qəbul etdi. İngilisdilli Dilican Beynəlxalq məktəbinin təsisçisi olan hər iki erməni Rusiyanın hesabına milyarder olmuş şəxslərdir. Bu gün onların pulu Ermənistanda rus dilinin zəfiləməsinə, ingilis dilinin güclənməsinə xərclənir. Məhz bu səbəbdən də S.Sarkisyan Q.Adibekyanı mükafatlandırdı".
Politoloqun sözlərinə görə, ermənilər alət də olsalar öz fəaliyyətlərinə yaradıcı yanaşa bilirlər:
"SSRİ-ni dağıtmaq, Azərbaycanın bir hissəsini zəbt etmək ermənilərin və havadarlarını işidir. Amma ermənilərin Rusiya ilə Qərb arasında gedən indiki qarşıdurmadan məğlubiyyətsiz çıxması qeyri-mümkündür. Osmanlı imperiyasına arxadan xəncər saplayan, SSRİ-nin dağılmasında özgələrin əlində alət olan ermənilər yenidən Qərbin əlində Rusiyaya qarşı alətə çevriliblər. Bu qarşıdurmada ermənilərin itki ilə,hətta tam sıradan çıxması çox ehtimal olunandır".
Fuad
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34