Novruz Məmmədov: "Azərbaycan İsveç XİN rəhbərinin "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlandırılmışdı"
15:29 13-09-2014
CƏMİYYƏT
Novruz Məmmədov: "Azərbaycan İsveç XİN rəhbərinin "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlandırılmışdı"
Azərbaycan İsveç xarici işlər nazirinin "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlandırılmışdı və ona görə də deyirdi: "görün, bizim haqqımızda kim fikir formalaşdırır".
Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
N.Məmmədov yazır: ""Aftonbladet" qəzetinin məlumatından aydın olur ki, nazir Karl Bildtin tənqidlərinə məruz qalmamaq üçün onunla "xüsusi əlaqələr" qurmaq lazımdır".
Qeyd edək ki, İsveçdə qalmaqal yaranıb: "Aftonbladet" qəzeti XİN rəhbəri K.Bildti korrupsiyada və Gürcüstanın keçmiş rəhbərliyinə tamahkar lobbiçilikdə günahlandırıb.
Jurnalistlər iddia edirlər ki, K.Bildtlə əlaqəsi olan PR firma 3 milyon dollardan artıq vəsait müqabilində Mixeil Saakaşvilinin Avropada imicinin yaxşılaşdırılması ilə bağlı bu ölkənin əvvəlki hakimiyyətindən pul alıb.
İsveçin xarici işlər naziri dəfələrlə Azərbaycanın ünvanına əsassız tənqidlərlə çıxış edib.
Digər Xəbərlər
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24