Deputatlar ADU-da görüş keçirdi
12:55 16-09-2014
CƏMİYYƏT
Deputatlar ADU-da görüş keçirdi
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) "Bilik günü" münasibətilə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşü keçirildi. Görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Asim Mollazadə, Xanlar Fətiyev, Cavanşir Feyziyev, universitetin prorektorları, fakültə dekanları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edirdi.
ADU-nun akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ili münasibətilə professor - müəllim heyətini, tələbələri təbrik etdi.
Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzulayan rektor Səməd Seyidov 15 sentyabr "Bilik günü"nün Azərbaycanda, o cümlədən Azərbaycan Dillər Universitetində şərəfli bir gün kimi qeyd olunduğunu dedi.
Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixi, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirdi ki, Azərbaycan Dillər Universitetində dünyanın 20-dən çox aparıcı dilləri tədris olunur: "İndi yalnız Azərbaycan Dillər Universitetinin timsalında hər bir tələbə dünyanın müxtəlif dillərini öyrənmək imkanına sahibdir. Bu gün ADU-da 20-dən çox xarici dil tədris olunur. Onların içərisində dünyanın ən aparıcı dilləri- ingilis, fransız, alman, italyan, ispan, Koreya, yapon, Çin, ərəb, bununla yanaşı müxtəlif başqa dillər-Skandinav dilləri, Polyak dili, macar dili və başqa dillər də universitetdə mövcuddur. ADU-da, o cümlədən müxtəlif mədəniyyət və dil mərkəzləri fəaliyyət göstərir. Bu gün Azərbaycan Dillər Universiteti mədəniyyət mərkəzinə çevrilmiş ali məktəbdir".
Universitetdə 6000-dən çox istedadlı tələbənin təhsil aldığını söyləyən ADU-nun rəhbəri universitet tələbələri ilə fəxr etdiyini dedi.
Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor Səməd Seyidov ən yüksək səviyyəli professor-müəllim heyətinin də ADU-da çalışdığını bildirdi və tələbələri peşəkarların biliklərindən yararlanmağa, fəal olmağa, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırdı.
ADU-da aparılan islahatlardan söz açan rektor Səməd Seyidov universitetin təmir olunduğunu və avadanlıqların yeniləndiyini də tələbələrin diqqətinə çatdırdı. Azərbaycan Dillər Universitetinin tələbələrinin beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu söyləyən rektor burada oxuyan tələbələrin yaradılmış imkanlardan istifadə edərək dünyanın ən aparıcı ali məktəblərinin professorlarının mühazirələrini dinləyə biləcəklərini vurğuladı: "Bu gün Azərbaycan Dillər Universiteti Böyük Britaniya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, İtaliya, Norveç və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir, tələbə-müəllim mübadiləsi həyata keçirilir".
ADU-nun Pedaqoji fakültəsinə 677 balla qəbul olan Gülşən Heydərova, Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universitetini fərqlənmə diplomu ilə bitirmiş Nərmin İsmayılova, 661 balla Tərcümə fakültəsinin tələbəsi adını qazanan Şahanə Məmmədlinin atası Elçin Məmmədli çıxış edərək universitetdə yaradılan şəraitdən razılığını ifadə ediblər.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Asim Mollazadə, Cavanşir Feyziyev tələbələrə uğur arzuladılar.
Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları, həmçinin qiymətli hədiyyələr təqdim olundu.
Görüş ADU-nun himninin səslənməsi ilə başa çatdı.
Qeyd edək ki, 2014/2015-ci tədris ilində ADU-ya 1465-ə yaxın bakalavr, 200-ə yaxın isə magistr qəbul olunub. Bu il qəbul planını 1665-ə yaxın tələbə təşkil edib.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33