Memarlıq və İnşaat Universitetində də "Bilik günü" qeyd edildi
Memarlıq və İnşaat Universitetində də "Bilik günü" qeyd edildi

15 sentyabr "Bilik günü" Azərbaycan Memarlıq və İnşaat Universitetində də qeyd edilib. Modern.az xəbər verir ki, universitetin rektoru, professor Gülçöhrə xanım Məmmədova bu il tələbə adını qazanan bütün abituriyentləri və onların valideynlərini təbrik etdi, gələcək fəaliyyətlərində, dərslərində uğurlar arzulayıb.
Rektor Universitetin tədris prosesindən, tələbələrin tədrisi yaxşı mənimsəməsi üçün görülən işlərdən, müasir texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyalardan, mühazirə auditoriyalarından, professor-müəllim heyətinin tələbələrlə səmimi münasibətlərindən geniş söhbət açıb.
O, ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin təhsilə verdiyi qiymətdən danışdı, 3 il öncə dövlət başçımızın Universitetimizin təmiri və rekonstruksiyası üçün büdcədən lazımınca maliyyə vəsaitinin ayrılmasını vurğuladı. Rektor qeyd etdi ki, məhz bu qayğının nəticəsində indi Azərbaycan Memarlıq və İnşaat Universitetinin I tədris korpusunun əsaslı təmir olunub və hazırda tələbələrimizin rahat təhsil alması üçün hər bir şərait var. Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti İsa Həbibbəyli də Azərbaycan Memarlıq və İnşaat Universitetinin yetişdirdiyi mütəxəssislərin ölkə üçün lazımlı kadr olmalarından danışdı. O yeni dərs ilində Universitetə ilk dəfə qədəm qoyan tələbələri təbrik etdi. O bütün tələbələri öz üzərlərində işləməyə, mütəxəssis kimi yetişmək üçün dərslərə, təhsilə ciddi yanaşmağa səsləyib. İnşaat Fakültəsinin magistrantı Tural Əliyevdə yenicə tələbə adını qazanmış tələbələri bu adı aldıqlarına görə təbrik etdi. O qarşıda duran 4 ilin səmərəli istifadəsinin vacibliyini vurğuladı, tələbələri yüksək ixtisaslı kadr kimi yetişmək üçün ciddi cəhdlə çalışmağa çağırıb. Daha sonra bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda yüksək bal toplamış və AzMİU-ya daxil olumuş tələbələrə Tələbə Bileti təqdim edilib. Tədbir digər iştirakçıların maraaqlı çıxışları ilə davam etdirilib.
Sonda hər kəsə yeni dərs ilində uğurlar arzulandı və hər kəs auditoriylara yollandı.