Yaqub Mahmudov Bakının xilasından danışdı
13:04 16-09-2014
CƏMİYYƏT
Yaqub Mahmudov Bakının xilasından danışdı
Millət Vəkili: "Azərbaycan xalqının taleyində 15 sentyabr
tarixinin böyük əhəmiyyəti var"
"Azərbaycan xalqının taleyində 15 sentyabr tarixinin böyük əhəmiyyəti var. Çünki 1918-ci ilin 15 sentyabrında Bakı şəhəri erməni-bolşevik işğalından azad edilib".
Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib. Y.Mahmudov bildirib ki, həmin tarixdə azad olunması, şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Azərbaycan paytaxtının azərbaycanlılara qaytarılması demək idi.
"Bu hadisə Azərbaycan tarixinin ən şanlı, ən böyük hadisələrindən biridir. Eyni zamanda qeyd edim ki, Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən institutumuz tərəfindən hazırlanan ikicildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında 15 sentyabr hadisələri bütün detalları ilə öz əksini tapıb. Bununla belə, hər il də institutumuzda bu istiqamətdə tədqiqatlarımız davam edir. Məqsəd də ondan ibarətdir ki, bu hadisə Azərbaycanımızda çox böyük, əlamətdar bayramlardan biri kimi olunsun. Bakının daşnaklardan azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq, igidlik göstəricisidir"- deyə, Y.Mahmudov vurğulayıb.
Digər Xəbərlər
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20