Bərdədə həkimlər 8 aylıq körpəni öldürdülər
13:05 16-09-2014
CƏMİYYƏT
Bərdədə həkimlər 8 aylıq körpəni öldürdülər
Doğum şöbəsinin həkimlərinin səhlənkarlığı nəticəsində doğuma 24 gün qalan uşaq tələf olub
Məlum olduğu kimi, son illər Azərbaycanda ana və uşaq ölümü sahəsində vəziyyət xeyli pisləşib. Əsasən də regionlarda bu sahədə vəziyyət heç də ürəkaçan deyil.
Bərdə şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində daha bir uşaq ölümü qeydə alınıb. Bu barədə "Unikal"a daxil olan məlumatda bildirilir ki, Bərdə şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində tibbi personalın səhlənkarlığı üzündən ölüm hadisəsi baş verib. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu birinci hadisə deyil: "Bu adamlar o qədər səhlənkar və qeyri-peşəkardırlar ki, sağlam ana və uşağın həyatı ilə oynayır. Bu günlərdə 8 aylıq hamilə Əntiqə Hacıyevanın başına həkim səhlənkarlığı üzündən faciəvi hadisə gəlib. Belə ki, Ə.Hacıyeva bətnindəki 8 aylıq körpəsini itirib. Doğum şöbəsinin müdiri Tünzalə Quliyeva, həkim ginekoloq Zərnigar Allahverdiyevanın səhlənkarlığı nəticəsində daha bir uşaq dünyaya gəlməmiş tələf olub. Əslində, həm uşaq, həm də ana sağlam olub. Amma həkimlərin yanlış müalicəsi doğuma 24 gün qalmış uşağın ölümünə səbəb olub".
Onu da qeyd edək ki, Bərdə şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri və ginekoloq həkim zərəçəkənin ailəsinə minnətçi düşüblər ki, şikayət olmasın. Çünki baş verən hadis onların məsuliyyətsizliyi üzündən baş verib və buna görə ciddi cəzalandırıla bilərlər. Hətta hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmaları da mümkündür.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mətbuata açıqlamasında bildirmişdi ki, ana və uşaq ölümü hallarına diqqət artırılıb. Onun sözlərinə görə, hadisə baş verən xəstəxanalarda mütəmadi yoxlamalar aparılır. Onun sözlərinə görə, bu cür yoxlamalar paytaxtda da, regionlarda da daimi aparılır: "Hər ana və uşaq ölümü Səhiyyə Nazirliyinin kollegiyasında araşdırılır. Və bütün prosesin iştirakçıları arasında sorğu aparılır. Yəni ana 9 ay müddətində harada qeydiyyatda olub, anaya hansı tövsiyələr olub, hansı problemlər olub, bunların hamısı araşdırılır. Bu, nazirliyin daimi işidir. Səhiyyə Nazirliyi həm özəl, həm dövlət xəstəxanalarında daimi bu məsələləri nəzarətdə saxlayır. Və bu cür yoxlamalar daimi aparılır".
Görünən odur ki, Bərdə şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verən hadisə də Səhiyyə Nazirliyi tətəfindən nəzarətə götürüləcək. Sözügedən xəstəxananın doğum şöbəsinin müdiri ilə həkim ginekoloqun cəzalandırılması qaçılmaz olacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09