Razim Məmmədov 3 milyonluq obyekti sökdürdü
12:22 17-09-2014
CƏMİYYƏT
Razim Məmmədov 3 milyonluq obyekti sökdürdü
Xətainin icra başçısı prezidentin tapşırıqlarına qarşı çıxaraq sahibkarları narazı salır
Xətai rayonu, Xəqani Rüstəmovküçəsi, 12/10 ünvandan redaksiyamıza şikayət gəlib. Şikayətçi Tahir Qocayev deyir ki, 12.5 sot ərazi onun şəxsi mülkiyyətdir: "Hazırkı bazar qiymətilə bura satışa çıxarılsa, 3 milyon manat dəyəri var. Amma 2012-ci ildən məni cəncələ salıblar. Dedilər ki, sənin bu mülkün "Ağ şəhər" layihəsində yola düşür deyə söküləcəkdir. Nə etmək olar? Dövlətlə dövlətlik edəsi deyilik ki. Əvvəl bu işi "Azəryolservis"ə vermişdilər.
Gəlib ölçüb-biçib bura biabırçı qiymət təyin etdilər -189.840 manat. Mən də, təbii, bu qiymətlə razılaşmadım. Bu işlər "Azəryolservis"dən Xətai Rayonİcra Hakimiyyətinə veriləndən isə vəziyyət lap bərbad oldu. Sentyabrın 9-u mən hüzrdə idim. Bir də qonşular mənə zəng vurdu ki: "Tahir, yerin uçub. Gəl gör niyə uçub". Tələm-tələsik gəldim, gördüm binanın bir hissəsi uçurulub. 3 seyf qapım oğurlanıb, başqa nə qədər materiallar oğurlanıb.
Vəziyyətlə bağlı Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin müəllimin yanına getdim. Dedim, məndən sənəd istəmisiz, bildirmişdiniz ki, sökülməmişdən öncə sizə xəbər veriləcək, ərazinizin qiyməti yenidən müəyyənləşəcək. Amma görürəm mülkiyyətim sökülüb. Kim söküb? Dedi bilmirəm. Mən də dedim ki, mənimlə küçə adamı kimi danışma. Mən bu ölkənin vətəndaşıyam, mülkiyyət hüququm var. Necə yəni xəbərimyoxdur. Prezident bilsə, sən ona nə cavab verəcəksən?"
İndi nagüman qalmışam. Prezidentə, Bakışəhər İcra Hakimiyyətinə teleqram vurmuşam. Hələ heç bir cavab yoxdur. 102-yə zəng vurmuşam. Polis də deyir gəl izahat yaz. Mən nə izahat yazım? Gəlsinlər əmlakımı kim bu günə qoyub araşdırsınlar".
T.Qocayev vaxtilə sex kimi fəaliyyət göstərmiş böyük tikili üçün müəyyən edilmiş məbləğin çox az olduğunu və məhkəməyə şikayət etdiyini dedi.
Qeyd edək ki, Prezident ölkədə sahibkarlara qarşı olan təzyiqləri aradan qaldırmağı tapşırır, ancaq Razim Məmmədov ölkə başçısının iradəsinə qarşı çıxaraq sahibkarları narazı salır.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38