YAP seçki hazırlıqlarına başladı
11:09 27-09-2014
CƏMİYYƏT
YAP seçki hazırlıqlarına başladı
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər qərargahlarının seçki qərargah üzvlərinə treninqlərin aparılması ilə bağlı müşavirə keçirilib.
YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib. İclasda 2014-cü ilin dekabr ayında Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib və qərarlar qəbul edilib.
YAP rəsmisi bu ilin oktyabrın 15-nə kimi təbliğat-təşviqat işlərinin yekunlaşacağını və oktyabrın 20-dən etibarən isə təbliğat kampaniyasına start veriləcəyini vurğulayıb. S. Novruzov həmçinin bələdiyyə seçkilərində təbliğat aparılması qaydaları və şərtləri haqqında geniş məlumat verib: "Azərbaycanda bələdiyyə seçkilərinin başlanmasına çox az müddət qalıb. Bələdiyyə seçkilərinə start verilənə qədər görüləcək işlər çoxdur. Bu işlərin partiya fəallarının və yerli təşkilatların köməkliyi ilə həyata keçirilməsi planlaşdırılır. Ölkəmizdə 1607 bələdiyyə var. Həmin bələdiyyələrə də 13560 nəfər bələdiyyə üzvü seçiləcək. Azərbaycan qanunvericiliyinə, Seçki Məcəlləsinə görə, Prezidentliyə namizədlə bələdiyyə üzvülüyünə namizəd eyni sənədləri toplamalıdır. Buna görə həddindən artıq böyük sənədləşmə işi var. Dairə Seçki Komissiyalarına 130 min səhifə sənəd təqdim etməliyik. Bununla bağlı tədbirlər planı hazırlamışıq. Tədbirlər planına uyğun olaraq artıq Azərbaycanın rayonlarında Seçki qərargahları da yaradılıb".
Müşavirədə cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyyələr dinlənilib.
Digər Xəbərlər
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20