İsa Qəmbər kürsüdən əl çəkmək istəmir
11:11 27-09-2014
CƏMİYYƏT
İsa Qəmbər kürsüdən əl çəkmək istəmir
O, növbəti qurultayda yenidən başqanlığa namizəd olacağını istisna etməyib
Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən başqan kimi sonuncu mətbuat konfransı keçirib.
Maraqlısı odur ki, İsa Qəmbər bilmədən bəzi daxili istəklərini dilə gətirib. Məlumdur ki, "Unikal" qəzeti olaraq, İsa Qəmbərin başqanlıqdan getmək istəmədiyini yazmışdıq. Hətta bunun üçün onun hansı planlar cızması barədə də məlumat vermişdik. Amma İ.Qəmbər özü də başqanlıqdan bir dəfəlik getmədiyinə eyham vurub: "Seçiləcək yeni başqanın səlahiyyət müddəti başa çatdıqdan sonra başqanlığa namizəd ola bilərəm. Lakin düşünürəm ki, yeni başqan yaxşı çalışacaqsa, buna ehtiyac olmayacaq". O, partiyada bundan sonrakı fəaliyyətinə də aydınlıq gətirib: "Mən sıravi müsavatçı kimi fəaliyyət göstərmək istəyirəm. Ancaq təbii ki, hər şey mənə göstərilən etimaddan asılı olacaq. Partiya üzvləri məni hər hansı vəzifədə görsələr, mən bu barədə düşünə bilərəm. Etimad göstərsələr, prezidentliyə namizəd kimi də çıxış edə bilərəm".
Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində səkkizinci qurultayını keçirəcək. Qurultayda yeni başqan seçiləcək. Başqanlığa dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur.
2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, sentyabrın 27-də keçiriləcək 8-ci qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07