Azərbaycanda toy məclislərinə qadağa nə vəd edir?
Yüz minlərlə insanın işsiz qalmasına səbəb ola bilər
Yas mərasimlərinə tətbiq edilən məhdudiyyətlərin toy məclislərinə də sirayət etmək ehtimalı gündəmə gəlib. Məsələ burasındadır ki, toy məclislərinə məhdudiyyətlərin qoyulması xidmət sektoruna ciddi zərbə kimi dəyərləndirilir. İlkin hesablamalara görə, toy məclislərinə məhdudiyyətlərin tətbiqi yüz minlərlə insanın işsiz qalması ilə nəticələnə bilər. Bəs məsələnin optimal həlli variantı mövcuddurmu?
İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, hökumət heç vaxt toy məclislərinin məhdudlaşdırılması istiqamətində addım atmaz. Bu istiqamətdə atıla biləcək əsas addımlar qiymətlərin tənzimlənməsilə bağlı ola bilər. Onun sözlərinə görə, hökumət bu istiqamətdə bir neçə nazirliyin əməkdaşlığı ilə xüsusi proqram hazırlamalıdır: "Proqramın icrasına iqtisadiyyat və sənaye, səhiyyə və vergi nazirlikləri cəlb edilməlidir. Proqramda Səhiyyə Nazirliyinin vəzifəsi ondan ibarət ola bilər ki, fiks menyuların hazırlanmasını müəyyən etsin. Məlumdur ki, hazırda restoran və şadlıq evlərində bir neçə saat ərzində insanlara müxtəlif çeşidli yeməklər təklif olunur ki, tibbi baxımdan onların bir çoxunu birlikdə yemək insan orqanizmi üçün problem yaradır. Bu problemi aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi fiks menyular müəyyən edə bilər. Nəticədə təklif edilən yeməklərin sayında azalma baş verəcək. İqtisadiyyat və Sənaye Nazirliyi sünii qiymət artımına nəzarət edə bilər. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vasitəsilə nazirlik sünii qiymət formalaşdırılmasının qarşısını ala bilər. Vergilər Nazirliyinin isə məsələyə istənilən halda müdaxiləsi vacibdir. Bu onunla əlaqədardır ki, bu sektorda çox ciddi dövriyyə mövcuddur, bu sahədə minlərlə insan çalışçır. Hesablamalara görə, Azərbaycanda il ərzində təxminən 14 milyon insan toy məclislərində iştirak edir. Bu say ona görə artıqdır ki, fərdlər il ərzində bir neçə dəfə toy şənliklərində iştirak edirlər. Bu iştirakçılığın nəticəsində qazanan tərəf yalnız şadlıq saraylarının sahibləridir. Təbii ki, bu böyük dövriyyənin vergiyə cəlb edilməsi istiqamətində Vergilər Nazirliyi iştirak edə bilər".
Ekspert hesab edir ki, şadlıq saraylarına təklif oluna bilər ki, işçilərin əmək haqqının ödənilməsi şərtilə yerlərini toy sahiblərini icarəyə versinlər. Bu zaman menyuların müəyyən edilməsi vəzifəsi toy sahiblərinin üzərinə düşür. Bu halda şişirdilmiş qiymətlərin qarşısı alına bilər. Çünki bu zaman şadlıq evlərinin sahibləri maraqlı tərəfə çevrilmirlər, nəticədə israfçılıq da aradan qalxmış olur". Onun sözlərinə görə, ümumilikdə toy məclislərinə qadağaların qoyulması ciddi iqtisadi fəsadlara gətirib çıxara bilər.
Məlumdur ki, bu sektorda çoxlu sayda insan çalışır, həm də xidmət sahəsinin böyük bir sahəsini özündə cəmləşdirir. Əgər toy məclislərinin keçirilməsini qadağan etsək, o zaman xidmət sektoru ölkənin ümumi daxili məhsuldakı həcminin kifayət qədər azalmasına gətirib çıxara bilər.
Eyni zamanda, xidmət sahəsinin ölkədə işsizliyin aradan qaldırılmasındakı rolu ortadan qaldırıla bilər. Bu baxımdan toy məclislərinə qadağa qoyulması doğru olmayan bir addım hesab edilə bilər".
Alim
Digər Xəbərlər
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04