
Millət vəkili himn yazıb
"Azəryolservis" ASC-nin sədri, millət vəkili Cavid Qurbanov prezidenti olduğu "Azəryol" voleybol klubu üçün himn yazıb. Himnin musiqisi tanınmış bəstəkar, xalq artisti Eldar Mansurova məxsusdur.
Uzağı yaxın edər-
Rəvandır yollarımız.
Sahillər birləşdirən
Körpülər qollarımız.
Qələbəyə aparar
Vətən övladlarımız.
Şan-şöhrətli ölkəmə
Bəlli uğurlarımız,
Birinci ol, qalib ol-
Azəryol-Azəryol!
Bayrağını sancdığın
Bu zirvələr sənindir.
Qazandığın qələbə,
Hər uğur vətənindir-
Yurdumun torpağında
Kök atıb bitənindir.
Azərbaycan adıyla
Sən həmişə qalib ol-
Azəryol... Azəryol!