Orduya 5 milyard dollar ayrılır
09:09 19-11-2014
CƏMİYYƏT
Orduya 5 milyard dollar ayrılır
Ermənistan şok içindədir
Ukrayna hadisələri demək olar ki, dünyanın düzənini dəyişdi. Aydın oldu ki, hansısa beynəlxalq normalara,öhdəliklərə baxmayaraq son söz gücü olan tərəfdədir. Digər tərəfdən aydın oldu ki, böyük güclər dünyanın yenidən bölüşüdürülməsindən əl çəkmək niyyətində deyillər. İstər Suriyada, İraqda baş verənlər, istərsə Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsi açıq şəkildə nümayiş etdirdi ki, nə olursa olsun, ilk növbədə dövlətin özünün iqtisadi və hərbi gücü olmaldıdır ki, lazımi məqamda mövqe sərgiləyə bilsin.
Həmçinin son zamanlar Dağlıq Qarabağda baş verənlər də göstərdi ki, hansısa atəşkəsə sonuna qədər inanmağa dəyməz və beynəlxalq təşkilatların ədalətli mövqe tutacağına inanmaq artıq nağıldır. Ən azından ona görə ki, Ermənistan istənilən an hansısa güclərin vasitəsi ilə atəşkəsi pozur və ərköyün uşaq kimi cəza almadan Azərbaycanın özünü qınaq obyektinə salmağa çalışır. Bir müddət öncə prezident İlham Əliyev çıxış edərək bildirmişdi ki, son Ukrayna olayları göstərdi ki, əsas məsələ gücdür və buna görə Azərbaycan öz ordusunu formalaşdırmaqda davam edəcək. Hazırda isə Prezidentin dedikləri özünü doğruldur. Belə ki, parlamentdə maliyyə naziri Samir Şərifov 2015-ci ilə dair prezident İlham Əliyev tərəfindən təsdiqlənərək Milli Məclisə göndərilmiş dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclərin həcmini açıqlayıb.Nazir gələn il Azərbaycanın hərbi xərclərinin 3 milyard 783 milyon manat olacağını bildirib. Bu, 2014-cü il üçün hərbi xərclərdən rekord səviyyədə - 27,2 faiz artıqdır."Müdafiə xərcləri dövlət büdcəsinin 2015-ci ildəki xərclərinin 17,9 faizini təşkil edəcək" - deyə nazir bildirib.Onun sözlərinə görə, ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsi, silahlı qüvvələrin təchizatının yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət büdcəsinin prioritet istiqamətləri sırasında qalır.Beləliklə, Azərbaycanın gələn il üçün hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edəcək ki, bu da hərbi xərclərin növbəti dəfə rekord həcmdə artımı deməkdir.Azərbaycan onsuz da ötən 11 il ərzində hərbi xərclərini sürətlə artırıb və prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə - Ermənistanın bütün dövlət büdcəsinin həcmini aşıb keçməyə çoxdan çatıb.Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar (2014-cü il üçün) təşkil edir ki, bu da Azərbaycanınn gələn ilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar.Başqa sözlə, Azərbaycanın gələn il üçün müəyyən etdiyi hərbi xərclər Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfədən də artıqdır.Digər mühüm məqam budur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi də Azərbaycan dövlətini hərbi xərclərini kəskin artırmaqdan çəkindirməyib. Bu da əraziləri işğal altında olan ölkənin rəhbərliyi üçün silahlı qüvvələrin daha da gücləndirilməsinin əsas prioritet kimi qaldığını göstərir. Azərbaycan sonuncu dəfə hərbi xərclərdə bu cür kəskin artımı iki il əvvəl edib və həmin il müdafiə xərclərində birdən-birə 30 faizə qədər artım olmuşdu. Həmin il Azərbaycan xaricdən böyük miqdarda güclü silah sistemləri və müasir döyüş texnikası aldı. Ehtimal olunur ki, bu il də hərbi xərclərin belə kəskin artımı yeni müasir döyüş sistemlərinin alınması planları ilə bağlıdır.Bu baxımdan Azərbaycanın 2015-ci il üçün hərbi xərclərinin məbləğinin açıqlanması Ermənistanda ciddi narahatlıq doğurmaya bilməz. Qeyd edək ki, ordu üçün ayrılan vəsaitin böyük hissəsi ən müasir texnikaların, avadanlıqların alınmasına yönəlir və ötən il təkcə İsraillə 1, 5 milyard dollarlıq müqavilə bağlandı ki, bununla Azərbaycan ordusunun hava hucumundan müdafiə sistemi tam yeniləşdirildi və pilotsuz təyyarələr alındı. Həmçinin Azərbaycanın hərbi sənaye parkı 5 il ərzində yenidən quruldu və hazırda Azərbaycan həm də müxtəlif növ silahların ixracı ilə məşğul olur. Bu gün isə orduya 5 milyard dollar pulun ayrılması sübut edir ki, qarşıdakı ildə Azərbaycan ordusunun imkanları bir neçə dəfə artacaq. Bu isə sözsüz ki, bizi Dağlıq Qarabağ
probleminin həllinə bir az da yaxınlaşdıracaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22