Müsavatda İsa Qəmbərə qarşı cəbhə açıldı
10:30 20-11-2014
CƏMİYYƏT
Müsavatda İsa Qəmbərə qarşı cəbhə açıldı
Qubad İbadoğlu keçmiş başqana hücuma keçdi: "Hər şeyi o idarə edir"
Müsavatdakı gərginlik durmadan artır, artıq əsəblər o qədər tarıma çəkilib ki, keçmiş başqan İsa Qəməbərə belə ağır ittihamlar yönəlir. Bunun da səbəbi var, çünki o, açıq şəkildə olmasa da, gizli formada Arif Hacılıya dəstək verir. Hətta qarşı tərəfi hakimiyyətə işləməkdə suçlayaraq özünə qarşı nifrəti artırıb.
Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu İsa Qəmbərin bugünkü açıqlamasına münasibət bildirərərkən qeyd edib ki, İsa Qəmbər yenə də tərəf kimi çıxış etdi. O, bununla göstərdi ki, baş verənləri nəinki izləyir, hətta idarə edir. Eyni zamanda ənənəvi yanaşması ilə partiyada baş verənlərin məsuliyyətini hazırkı rəhbərliyin üzərindən atmaq niyyəti güdür və partiyadaxili represiyalara haqq qazandırır. Buna çox təəssüf etdim".
Qeyd edək ki, İ.Qəmbər Müsavat Partiyasının 27 sentyabrda keçirilən qurultayının nəticələrindən narazı qalanları nəzərdə tutaraq "kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyət ilə Müsavat arasında gedir" bildirib.
Q.İbadoğlu hesab edir ki, deyilənlər minlərlə müsavatçının apardığı mübarizənin üzərinə kölgə salmağa yönəlib: "Kökündən yanlışdır. Bizim mübarizəmiz məfkurə mübarizəsidir . Odur ki, Müsavat Partiyasının nizamnamə ilə idarəçiliyinə çalışırıq, onun günclənməsi ilə bağlı təkliflər paketi ilə çıxış etmişik. Buyursunlar açıqlamalarını təsdiq edən bircə dənə də olsun fakt təqdim etsinlər".
Maraqlıdır ki, bu prosesdə AXCP sədri Əli Kərimli də Qubad İbadoğlu və onun tərədarlarının mövqeyindən çıxış edir. Həm sosial şəbəkələrdə, həm də öz nəzarətində olan mətbu orqanlarda Arif Hacılı və İsa Qəmbərə qarşı kampaniya apartdırır. Bu barədə "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP və "Azadlıq" qəzetinin Müsavat Partiyasında baş verən istefaları sevinclə qarşılamasına münasibət bildirərkən deyib ki, İsa Qəmbər də Əli Kərimli də bir bezin qıraqlarıdır: "Ümumiyyətlə, AXCP ilə Müsavat Partiyasının uzun tarixi kökləri var. Bir zamanlar Kərimov Əli ilə Qəmbərov İsa özlərini mehriban dostlar kimi aparırdılar. Əslində onlar mehriban dost deyil, əksinə mehriban düşmənlər idilər". Partiya sədrinin sözlərinə görə, əvvəllər Azərbaycan Xalq Cəbhəsi (AXC) parçalananda Qəmbərov İsa Klassik Xalq Cəbhəsi Partiyasını tanıdı: "Təbii ki, bu işdə o vaxtlar müəyyən məqamlar ortaya çıxdı. Bu gün isə Qəmbərov İsa təmiz siyasi səhnədən silindi və onun Azərbaycan xalqına qarşı etdiyi xəyanətkarlığı xalq ona bağışlamadı. Bir növ Azərbaycan xalqının qarğışı onu tutdu. İndi də onun yerinə Arif Hacılı kimi dələduz, siyasi "moşennik" gəlib. Bu siyasi "moşennik" isə elə hey çalışır ki, bir peçatı və yanında 2-3 nəfər olsun ki, onlarla alver etsin. Təbii ki, bu da Kərimov Əliyə xeyir edən bir məsələdir".
H.Hacıyev hesab edir ki, Kərimov Əli dünya miqyaslı "moşennik"dir: "Bu şəxs çalışır ki, dünyada olan qrantları Azərbaycana qənim kəsilən və dövlətimizi istəməyən qüvvələrin hamısına peşkəş eləsin. Kərimov Əli həmişə özünü onlara satmağa və hədiyyə etməyə hazır olan bir şəxsdir. Bəs gəlin görək, K. Əlinin burada marağı nədir? O, bütün dünyaya car çəkmək istəyir ki, baxın, artıq ikinci bir "moşennik" yoxdur. Bu şəxs həmin prinsiplə öz siyasətini aparır. Mənim Müsavat Partiyasından istefa verən insanlarla görüşlərim keçirilir və müəyyən söhbətlərim olur. Mən onlara dedim ki, görürsünüz 20 ildir Qəmbərov İsa sizin sayənizdə necə bir "moşenniklik" edib. Bu şəxs özünə var-dövlət yığdı, Arif Hacılı ilə birgə siyasi biznesini qurdu və burada uğur qazandı. Artıq Azərbaycan xalqı Kərimov Əli ilə Qəmbərov İsa kimi fırıldaqçı "moşennik"ləri qəbul etmir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12