Mirmahmud Mirəlioğlunu çətin sınaq gözləyir
13:32 30-12-2014
CƏMİYYƏT
Mirmahmud Mirəlioğlunu çətin sınaq gözləyir
KXCP sədrinə qarşı yeni qrup formalaşıb və onu təhdid edir
Məlum olduğu kimi, dünən Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
Partiyadan "Unikal"a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, 23 dekabrda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, KXCP- nin 2015- cü il fəaliyyət istiqamətləri və 2015- ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.
Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. Partiya sədri 2014- cü ildə vətəndaş cəmiyyəti fəallarına qarşı olan təzyiqlərdən, qanunsuz həbslərdən danışıb. Partiyanın fəaliyyətinin güclənməsinin vacibliyini bildirən KXCP sədri 2015- ci ildə nizamnamə çərçivəsində qurultayın keçirilməsinin labüdlüyünü qeyd edib.
Sessiyada KXCP- nin növbəti Qurultayının nizamnaməyə uyğun şəkildə keçirilməsi və 15 nəfərlik tərkibdən ibarət Təşkilat Komitəsinin yaradılması barədə qərar qəbul olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, qurultayöncəsi KXCP-də ciddi böhran yaranıb. Belə ki, Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi qrupla, partiyanın ənənəvi qrupu arasında savaş başlayıb. Əsas məqsəd də qurultayda öz namizədlərinin sədr seçilməsidir. Nəzərə alsaq ki, uzun illər məğlubiyyət sindromundan çıxa bilməyən radikal müxalifətdə gələcəyə bir inamsızlıq formalaşıb. Sözsüz ki, KXCP üzvləri də belə bir əhval-ruhiyyədədirlər. Ona görə də sədrləri Mirmahmud Mirəlioğlunu suçlu sayan qrup da var ki, yeni bir şəxsin partiyanın başına gətirilməsini istəyirlər.
Xatırladaq ki, hələ iki il öncə də bu partiyada gərginlik var idi. İndi də həmin gərginlik davam edir. O zaman gərginlik KXCP sədrinin müavini Qaya Əliyevin təmsil etdiyi partiyanın AXCP ilə birləşməsi barədə təklifindən sonra yaranıb. Bu təklifdən sonra Qaya Əliyev və ona dəstək verənlər KXCP rəhbərliyinin hədəfinə gəlmişdi . İş o yerə çatmışdı ki, Qaya Əliyev və KXCP sədrinin digər müavini Fikrət Cəfərov açıq-aşkar xəyanətdə ittiham olunurdu. Sonradan həmin qruplaşma bezərək kənara çəkildi.
Bizi bilgiləndirən şəxsin sözlərinə görə, Mirmahmud Mirəlioğlu qurultayda həmin qrupun ona qarşı hansı namizədi çıxaracaqlarını bilmir. Ona görə də narahat olmağa başlayıb. Yəqin ki, parlament seçkilərinə kimi rahatlanmaq üçün seçkini bəhanə edərək qurultayı təxirə də saldıra bilər. Hər halda, ortada Müsavat nümunəsi var. Ona görə də qurultaya qədərki dövrü Mirmahmud Mirəlioğlu üçün bir sınaq dönəmi kimi də qələmə vermək olar. Onun bu sınaqdan necə çıxacağını isə zaman göstərəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15