Arif Rəhimzadə seçkidən razı qalıb
13:33 30-12-2014
CƏMİYYƏT
Arif Rəhimzadə seçkidən razı qalıb
Deputat: "Bu seçkilər bələdiyyələrin daha səmərəli fəaliyyət göstərməsinə müsbət təsir göstərəcək"
"Bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti vacibdir. Eyni zamanda, ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var".
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. A.Rəhimzadə bildirib ki, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Onun sözlərinə görə, hazırda Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün 20-dən artıq qanun qəbul olunub.
"Son dövrlərdə isə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, ölkəmizdə bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılması və fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur.Vaxtaşırı olaraq ölkə qanunvericiliyinə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər. 23 dekabrda keçirilən seçkilərə gəlincə, nəticələr deməyə əsas verir ki, bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişafında mühüm rol oynayacaq. Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Bütövlükdə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Bu mənada bələdiyyə seçkiləri və onun nəticələri böyük önəm kəsb edir. Hesab edirəm ki, bu seçkilər bələdiyyələrin daha səmərəli fəaliyyət göstərməsinə müsbət təsir göstərəcək"- deyə, komitə sədri vurğulayıb.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15