Azərbaycan Ordusu 2014-cü ildə
13:35 30-12-2014
CƏMİYYƏT
Azərbaycan Ordusu 2014-cü ildə
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sərt bəyanatla çıxış edib. Nazir bəyanatında bildirir:" Cənab Ali Baş Komandanımızın bu ilin avqust ayının 6-da təmas xəttində döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, əsgər, gizir və zabitlərimiz Vətənə ləyaqətlə xidmət edirlər.
Cəbhədə vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi oldu. İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi.
Döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaqdır. Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik.
Düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır. İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.
Xalq öz ordusuna inanır, ona güvənir və ona arxalanır. Siz bu etimadı, bu inamı Vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğrultmalı, ölkəmizin təhlükəsizliyinin, müdafiəsinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalısınız". Maraqlıdır, bəs ümumilikdə 2014-cü il də Azərbaycan ordusu nələrlə yadda qaldı? Apardığımız təhlillər göstərir ki, 2014-cü ildə Azərbaycan ordusu müdafiə taktikasından bütövlükdə hücum taktikasına keçid etdi. Öncələr qarşı tərəfin atəşkəsi pozması ilə psixoloji üstünlüyü ələ alması müşahidə olunurdusa 2014-cü ildə bunun tam əksini gördük.Düşmən tərəfi tam psixoloji bir basqıya məruz qaldı. Sonda Ermənistana məxsus hərbi helikopterin vurulması ilə Ermənistan çıxılmaz vəziyyətə düşdü. 2014-cü ildə həm də Azərbaycan ordusunda hərbi-siyasi konsepsiyanın işləkliyi aydın oldu. Çünki öncələr cəbhə bölgəsində atəşkəs pozulandan sonra Ermənistan tərəfi bunu siyasiləşdirərək informasiya savaşında Azərbaycana qarşı istifadə edirdilərsə, indi bunun da qarşısı alınıb. Bununla bağlı "Unikal"a açıqlama verən "Təmiz Dünya"İctima Birliyinin sədri Mehriban Zeynalova bunları bildirdi:" 2014-cü il deyərdim ki, Azərbaycan ordusunun ən yaxşı ili oldu. İnandırım sizi ötən illərdə bizə əsgər analarından ay ərzində yüzlərlə şikayətlər gəlirdi. İndi isə bu şikayətlərin demək olar ki, kökü kəsilib. İndi, əsgərə də şəhidə də ciddi sayğı və hörmət var. Bu orduda ruhun tənzimlənməsinə ciddi təsir göstərir. Buna görə hesab edirəm ki, 2014-cü il ordu üçün uğurlu il oldu". Jurnailst Elnur Eltürk isə "Unikal"a bunları dedi: " Bu il ordumuzun maddi-texniki bazasının genişləndirilməsi istiqamətində də böyük işlər görüldü. Xüsusilə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2013-ci ilin oktyabrın 22-də təyinatından sonra ordumuzda olan ruh-yüksəkliyi daha da gücləndi. Onun hərbi hissələrə baş çəkməsi,cəbhə bölgəsinə getməsi və orduda fərqlənən zabit və əsgərləri mükafatlandırması hesab edirəm ki,ordumuzda mənəvi-psixoloji hislərin güclənməsinə səbəb oldu. Nazirin günün çox hissəsini hərbi hissələrdə keçirməsi,ordumuza olan diqqət və qayğının göstəricisi kimi dəyərləndirmək olar. Bura nazirin xarici səfərlərini əlavə edə bilərik.
Əsasən 2014-ci il yaddan qalan il olacaq. Azərbaycan ordusu tərəfindən ermənilərin bütün hücumlarının qarşısı qəhrəman əsgərlərimiz tərəfindən rəşadətlə alındı və düşmən xeyli sayda itki verdi. Düşmənin təxribatçı əməlləri ordumuz tərəfindən fiaksoya uğradıldı.
Bununla yanaşı itkilərimiz oldu və Allah şəhidlərimizə rəhmət eləsin.
Düşmən bizdən dəfələrlə çox itki verdi. Bu yaxınlarda Ermənistana məxsus helikopterin vurulması,Ermənistan üçün siqnal və mesaj idi. İnanıram ki,2015-ci il torpaqlarımızın azad olunması ili kimi tarixə düşəcək".Hərbi ekspert Üzeyir Cəfərov isə "Unikal"a
açıqlamasında bildirdi ki, 2014-cü il Azərbaycan ordusunun tarixində qalan bir il olacaq:" 2014-cü il Azərbaycan ordusu üçün əlamətdar il oldu. İlk növbədə orduda ciddi kadr islahatları aparıldı, Müdafiə Nazirliyində peşəkar kadrlar irəli çəkildi, cəbhə bölgəsində şəxsi heyətin sosial vəziyyəti qaydaya salındı və bu proses davam etdirilir. Bundan başqa 2014-cü ildə Azərbaycan ordusu özünü çox yaxşı göstərə bildi və düşmən hücumlarının qarşısı sərt şəkildə alındı. Bunuda unutmayaq ki, 2014-cü ildə Azərbaycan ordusu Türkiyə ordusu ilə çox ciddi hərbi təlim həyata keçirtdi. Azərbaycan ordusunun özü genişmiqyaslı təlimləri reallışdırmaqla hərbi hazırlığını göstərə bildi. Ümumilikdə götürəndə 2014-cü ildə Azərbaycan ordusunda ciddi uğurlar oldu. Sonda isə Ermənistana məxsus helikopterin vurulmasını xüsusi olaraq qeyd etməliyik".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15