"Bu, böyük cinayətdir" - Siyavuş Novruzov
10:21 06-01-2015
CƏMİYYƏT
"Bu, böyük cinayətdir" - Siyavuş Novruzov
Erməni tərəfi kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə əfv ərizəsi yazdırmaq istəyir.
Belə bir ərizənin yazılması girovlarımıza qarşı irəli sürülən ağır ittihamın qəbul edilməsi deməkdir. Erməni vəkili Erik Beqlaryan adıçəkilən məsələni gündəmə gətirməklə qondarma "Dağlıq Qarabağ Respublikası"na legitimlik donu geydirmək və xarici ictimaiyyəti həqiqətən də belə separatçı rejimin olduğuna inandırmağa çalışır.
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Siyavuş Novruzov bildirib ki, separatçı rejimin başçısının adına əfv ərizəsinin yazılması məsələsi qətiyyən qəbuledilməzdir. Onun sözlərinə görə, girovlarımızın əfv ərizəsi yazmaları onların günahı öz boyunlarına götürmələri anlamına gəlir: "Bu məsələ həm insani, həm də ərazi baxımından qəbuledilməzdir. Sözügedən ərizənin yazılması törədilmiş cinayəti öz üzərinə götürmək, ata-babalarının məzarlarını ziyarət etmək üçün üz tutduqları torpaqların Azərbaycana deyil, məhz düşmən ölkəyə məxsus oldugunu sübuta yetirmək və tutduqları işdən peşmançılıq deməkdir. Dilqəm Əsgərov və Şahbaz Quliyev çox cəsarətli həmvətənlərimizdir. Erməni tərəfi girovlarımıza hər hansı işgəncələr versə belə, onlar bu əfv ərizəsini yazmayacaqlar".
Millət vəkili adıçəkilən addımın həyata keçirilməsini şərh edərkən, ermənilərin növbəti məkrli siyasət oyununa əl atdıqlarını bildirib. O deyib ki, düşmən tərəf hər zaman hiyləgər addımlarla yadda qalır. Bu səbəbdən əfv ərizəsinin girovlara məcburi şəkildə yazdırmaqla göstərmək istəyirlər ki, D.Əsgərov və Ş.Quliyev erməni torpaqlarındadırlar: "Yəni hiylə ilə demək istəyirlər ki, belə bir torpaq mövcuddur və Ermənistan ərazisinə məxsusdur. Qondarma DQR-si başçısı zaman zaman azərbaycanlı qadınlar və uşaqlara, bir sözlə soydaşlarımıza təcavüz ediblər. Bundan böyük cinayət yoxdur. Girovlarımız belə faktları cox yaxşı bilirlər və anlayırlar ki, sözügüdən əfv ərizəsini yazmaq olmaz".
"Bəzi dairələr I Avropa Olimpiya Oyunları ərəfəsində dünyanın diqqətinin Azərbaycanda olmasından istifadə edərək bizə qarşı təzyiqlər edəcək. İctimaiyyət bunu indidən bilməlidir".
Bunu da açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş Novruzov "Freedom House"un sabiq prezidenti, Vaşinqtondakı MakKeyn institutunun baş direktoru David Kramerin Barak Obamanı Bakıya qarşı sanksiyalara çağırması, eləcə də Avropa Olimpiya Oyunlarının boykot edilməsi haqda fikirlərinə münasibət bildirərkən deyib.
S. Novruzov Kramerin erməni lobbisinə bağlı olduğunu deyib: "Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ölkəmizin dünyada olan nüfuzunun, sabitliyinin, təşkilatçılıq qabiliyyətinin göstəricisidir. Müxtəlif qüvvələr, dairələr bundan narahatçılıq keçirirlər. Xüsusilə erməni lobbisinə xidmət edən təşkilatlar, qurumlar və şəxslər öz narahatlığını açıq şəkildə bildirərlər. Ona görə də ölkəmizə qarşı bu cür ittihamların, fikirlərin bundan sonra daha çox səslənəcəyini bilməliyik. Öz təhlükəsizliyi maraqlarından çıxış edən ABŞ bütün fundamental dəyərləri tapdalayır. Belə təzyiqlərlə onlar öz agentlərinin qeyri-qanuni fəaliyyətini ört-basdır etmək istəyirlər. Bütün ictimaiyyət bu cür qərəzli fikirlərə, ittihamlara hazır olmalı, təzyiqlərin ediləcəyini indidən bilməlidir".
YAP rəsmisi Azərbaycanın geri çəkilməyəcəyini açıqlayıb.
"Ortaya atılan fikirlər mənasızdır. Biz bunların erməni lobbisindən qaynaqlandığını yaxşı bilirik. Məqsəd Azərbaycanda erməni kəşfiyyatına işləyən, təhlükəsizliklə bağlı məlumatlar və dövlət sirlərini düşmən ölkəyə ötürənlərin azadlığa çıxmasını təmin etməkdir. Eyni zamanda, vergidən yayınanları, qrantlar alıb başqa məqsədlərə xidmət edənləri qorumağa çalışırlar. Lakin Azərbaycan dövlətçilik maraqlarını heç nəyə güzəştə getməyəcək", - deyə S. Novruzov vurğulayıb.
Qeyd edək ki, Kramer Obama administrasiyasının Azərbaycana qarşı iki vacib addım atmalı olduğunu təklif edib.
Birincisi, Maqnitski işindən sonra Rusiya rəsmilərinə qarşı yönələn sanksiyalara bənzər addımların Bakıya da tətbiq olunmasıdır.
İkincisi isə, Azərbaycanda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi haqda təşəbbüs irəli sürmək, Avropa liderlərini Soçi Olimpiadasında olduğu kimi, açılış mərasimində iştirakdan imtina etməyə çağırmaqdır.
Əli
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24