Rektor imtahan prosesini izləyib
10:24 06-01-2015
CƏMİYYƏT
Rektor imtahan prosesini izləyib
Rektor, akademik Abel Məhərrəmov hüquq, ekologiya və torpaqşünaslıq, beynəlxalaq münasibətlər və iqtisadiyyat, biologiya və filologiya fakültələrində imtahan prosesini izləyib, tələbələrin problemləri ilə maraqlanıb.
Bakı Dövlət Universitetindən (BDU) Modern.az-a verilən məlumata görə, sessiyanın gedişinə operativ nəzrət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində "Qaynar xətt" yaradılıb. Bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi "Qaynar xətti" ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin.
Qeyd edək ki, imtahan sessiyası başlamazdan bir neçə gün əvvəl rektor Abel Məhərrəmov dekan və qrup nümayəndələrinin iştirakı ilə görüş keçirib, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyasının 2015-ci il may ayının 31-dək başa çatdırılması haqqında qərardan danışıb.
Rektor tədris qrafikində yaranmış sıxlığı, xüsusən də imtahanlar arasındakı günlərin sayının az olmasını nəzərə alaraq imtahan suallarını azaldılması ilə bağlı müvafiq tapşırıqlar verildiyini də diqqətə çatdırıb.
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34