Şahin Mustafayevin nazirliyi hərəkətə keçəcəkmi?
10:15 07-01-2015
CƏMİYYƏT
Şahin Mustafayevin nazirliyi hərəkətə keçəcəkmi?
Azərbaycanda Türkiyənin iki brendinin reklam qalmaqalı yaşanır
Türkiyənin LCWaikiki və DeFacto brendlərinin məhsullarının Azərbaycanda satışı ilə məşğul olan şəbəkə "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu"nu kobud şəkildə pozub.
Belə ki, hər iki brendin onlayn satışı ilə məşğul olan satiramal.com saytı Türkiyənin ən çox satış edən LCWaikiki və DeFacto brendlərinin məhsullarının satışı ilə məşğuldur. Onlayn satış saytında körpədən böyüyə kimi istənilən yaş təbəqəsinə xitab edən 20 000-dən çox fərqli məhsul yerləşdirilib.
Azərbaycanın ən böyük online alış-veriş saytı satiramal.com-da məhsullar Bakı şəhər daxili pulsuz çatdırılır və ödəniş məhsulu əldə etdikdən sonra həyata keçirilir.
arqument.az xəbər verib ki, onlayn satışını təşkil edən saytda və "Facebook" səhifəsində "Azərbaycanın Ən Böyük Online Alış-Veriş saytı" sözləri yazılıb. "Reklam haqqında" Qanunun səkkizinci maddəsində (Qeyri-dəqiq reklam) yazılıb ki, sənədli şəkildə təsdiqlənmədiyi halda "ən", "yalnız", "təkcə" və bu kimi digər terminlərdən istifadə edilməsinə icazə verilmir.
Ancaq bir neçə aydır ki, Azərbaycanda da fəaliyyətə başlayan şəbəkə heç nəyə məhəl qoymadan qanunları kobud şəkildə pozur. Kiçik araşdırma apararaq şirkətin rəsmi internet ünvanına da daxil olduq. Saytın "Ana Səhifəsi"ndə də "Azərbaycanın Ən Böyük Online Alış-Veriş saytı" sözləri əks olunub.
Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev məsələ ilə bağlı bildirib ki, reklam zamanı sənədli şəkildə təsdiqlənmədiyi halda "ən", "yalnız", "təkcə" və bu kimi digər terminlərdən istifadə edilməsi qanunla qadağandır: "Bunu araşdıracağıq. Çünki bu sözlər səndəli şəkildə təsdiq olunmayıbsa, qanunda bunların istifadəsinə icazə verilmir. Araşdırmaq lazımdır ki, kim müəyyənləşdirib, bu ən yaxşıdır? Belə hallar yolverilməzdir".
Onlayın satışla məşğul olan şəbəkədə yerləşdirilən əlaqə nömrəsinə zəng etdik. Saytın əməkdaşı bildirib ki, bu məsələ ilə bağlı açıqlama verə bilməyəcək: "Bununla bağlı ancaq rəhbərliklə danışmaq lazımdır. Biz açıqlama verə bilmərik".
Saytdan Mərdan Hümbətov isə bildirib ki, biz bu məsələyə görə kimdənsə icazə almamalıyıq: "Ən böyük və ən münasib saytıq. Bizdən güclüsü varsa, bu sözdən imtina edək. Buna görə də kimdənsə, icazə almamalıyıq. Nə də icazə almağa vaxtımız yoxdur".
O həmçinin arqument.az-ın əməkdaşını hədələməkdən belə çəkinməyib: "Bizimlə işiniz olmasın, başınız ağrıyar. Özümüz bilərik nə edirik".
Ümid edirik ki, İqtisadiyyat və Sənaye Nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırdıqdan sonra bu məsələyə aydınlıq gətirəcək.
Aliyə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22