Füzuli Ələkbərovun adamları əlbəyaxa davaya çıxdı
10:16 07-01-2015
CƏMİYYƏT
Füzuli Ələkbərovun adamları əlbəyaxa davaya çıxdı
Sabiq nazirin federasiyasında sular getdikcə daha da "bulanır"
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi federasiyada ara yenidən qarışıb. Uzun müddətdir müxtəlif qalmaqalların yaşandığı federasiya bu dəfə sözün həqiqi mənasında döyüş meydanına çevrilib.
Belə ki, dünən yayılan məlumatlara görə, Cüdo Federasiyasında indi də iki idmançı arasında dava düşüb. İdmançılar əməlli-başlı yumruq davasına çıxıblar.
Olay cüdo yığmamızın məşqçisi Hacıağa Hacıəhmədovun üstündə olub. Belə ki, idmançılardan biri (adını dəqiqləşdirə bilmədik) məşqçidən narazılığını sərt şəkildə dilə gətirib. Digər idmançı da hadisə böyüməsin deyə araya girib və komanda yoldaşını kənarlaşdırmaq istəyib.
Bu zaman həmin cüdoçu komanda yoldaşının yaxşılığını səhv anlayıb və onunla dalaşmağa başlayıb. Bundan sonra o, komanda yoldaşını yaltaqlanmaqda günahlandırıb.
Dava daha da böyüməsin deyə, kənarda olanlar iki idmançını məkandan uzaqlaşdırıb. Hacıağa müəllimə qarşı sərt reaksiya verən idmançıya qarşı cəza tədbiri görüləcəyi də deyilir.
Xatırladaq ki, federasiya elə 2014-cü ili də qalmaqallarla başa vurdu. Gah idmançılara pullarını ödəməməklə problem yaşandı, gah da məşqçiyə vaxt qoydular.
Məşqçi Hacıağa müəllimin Füzulu Ələkbərovun federasiyasında vaxtı azalır. Belə ki, mütəxəssis üçün son şanslardan olan Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri idmançılarımız üçün fiasko ilə başa çatmışdı. Belə ki, İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi - 60 kq) və Kifayət Qasımovanın (57 kq) ardınca Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi - 73 kq), Abdulhaqq Rəsullu (81 kq), Məhəmmədəli Mehdiyev, Firudin Dadaşov (hər ikisi - 90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) də mükafatçılar sırasına düşə bilməmişdilər. Komandamızın heyətində ümumilikdə ən yaxşı nəticəni Orucov göstərərək, yarışı 7-ci yerdə bitirmişdi.
Bu isə adıçəkilən məşqçinin yaxın vaxtlarda görəvinə son veriləcəyi anlamına gəlir. Amma belə bir qərardan sonra da sabiq nazirin federasiyasında suların durulub-durulmayacağını bəri başdan söyləmək çox çətindir. Hər halda yaşayarıq, görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15