
Abid Şərifov "Şöhrət" ordeni ilə təltif olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.Q.Şərifovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Abid Qoca oğlu Şərifov "Şöhrət" ordeni ilə təltif edilsin".