Müsavatdan növbəti istefa
11:42 08-01-2015
CƏMİYYƏT
Müsavatdan növbəti istefa
Nadir Qocabəyli: "Bu yaxınlarda orada Arif Hacılı və ətrafındakı kiçik dəstədən başqa heç kəs qalmayacaq"
Müsavat Partiyasında yarpaq tökümü artıq işıq sürəti ilə davam edir. Son bir ildə demək olar ki, partiyanın yarıdan çoxu istefa verib.
Dünən isə Müsavatın daha bir üzvü istefa verib. Belə ki, partiyanın Binəqədi rayon təşkilatının üzvü Natiq Cəbrayılov istefası ilə bağlı bəyanat verib. N.Cəbrayılov bəyanatında 10 ildən artıq müddətdə Müsavat Partiyasının üzvü olduğunu qeyd edib və partiyadan son gözləntilərinin puça çıxmasının onun istefasına zəmin yaratdığını əlavə edib.
Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı Natiq Cəbrayılovun istefasına təəssüfləndiklərini bildirib: "Şəxsən mən buna çox təəssüf edirəm. Amma bu, onun şəxsi qərarıdır və biz buna çox hörmətlə yanaşırıq. Onu da deyim ki, N.Cəbrayılov illərdi partiya ilə əlaqəsi olmayan adamdır. Təəssübkeş kimi hansısa özəkdə qalıb. Bir sözlə, fəal üzvümüz deyil".
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən tanınmış ictimai fəal, tərcüməçi yazar Nadir Qocabəyli deyib ki, bu istefalar müxalifətin yürütdüyü siyasətin nəticəsiz olması ilə bağlıdır: "Mən bu haqda dəfələrlə demişəm də, yazmışam da. Azərbaycanda hazırda mövcud olan müxalifətçilik modeli özünü doğrultmur. 20 ildən artıq bir müddət ərzində heç bir bəhrəsi olmayan fəaliyyətin bundan sonra nə perspektivi ola bilər axı? Mən Müsavat partiyasının son qurultayından əvvəl həmin partiyanın mövqeyini gücləndirə biləcək bəzi təkliflərimi yazmışdım. Birincsi, Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsindəki müsbət rolunun etirafı, onun Milli Lider kimi qəbul olunması, məzarının ziyarət edilməsidir. İkincisi, Rusiyaya qarşı düşmən münasibətə son qoyulmasıdır. Üçünücü, Qərblə və İranla münsibətlərə korrektələr edilməsidir. Dördüncü, bu günədək apardıqları siyasətlə bağlı qüsurların etirafıdır. Beşincisi, xalqa söylənən yalanların etiraf olunması və xalqdan üzr istənilməsidir. Bunları sosial şəbəkələrdə statusumda qeyd etmişdim. Amma onlar, təəssüf ki, bunların heç birini etməyib, əvvəlki yollarına davam etdilər. Nəticəsi də göz qabağındadır".
N.Qocabəyli onu da bildirib ki,artıq Müsavat sürətlə cırtdan partiyaya çevrilir. Onun sözlərinə görə, Müsavat ətrafındakı proseslər daha da kritikləşəcək: "Bu yaxınlarda orada Arif Hacılı və ətrafındakı kiçik dəstədən başqa heç kəs qalmayacaq. Çünki onlar çağdaş ideyaları, müasir siyasi texnologiyaları bilmirlər. Heydər Əliyevi tanımayıb, hakimiyyəti qəbul etməmək, Rəsulzadə ilə Elçibəyi ilahiləşdirmək siyasətinin hazırkı dövrdə heç bir perspektivi ola bilməz".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15