Azərbaycanda vəhhabilərin məhvi taktikası dəyişdi
11:45 08-01-2015
CƏMİYYƏT
Azərbaycanda vəhhabilərin məhvi taktikası dəyişdi
Azərbaycanda vəhhabilər ətrafında yaranmış ajiotaj səngiyib.
Radikal dini təriqət qruplaşmalarının maddi rıçaqlarının məhvi istiqamətində daha səs-küysüz tədbirlər görüldüyü qeyd edilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbəri Mübariz Qurbanlının radikal qrupların maddi bazalarının demontaj olunacağı haqda səsləndirdiyi bəyanatlar mətbuatda ciddi reaksiyalar doğurdu və müxtəlif müzakirələrə yol açdı. Hüquq-mühafizə orqanları və Dini Komitə qabaqlayıcı tədbirlərin ictimailəşdirmədən həyata keçirilməsi xəttini seçib. Eyni zamanda, xəvariclərin həbsindən çox, onların maliyyə qaynaqlarının qapadılması və zərərsizləşdirilməsinə üstünlük verilir.
İddialara görə, Azərbaycanda vəhhabilərin maddi dayaqları artıq sarsıdılıb. Dini Komitənin də "İslam dövləti", dini ekstremist qüvvələrlə bağlı narahat bəyanatlarına ara verilib. Məlumatda bildirilir ki, Türkiyəyə gedən uzun saqqallı, qısabalaq şalvarlıların keçidinə nəzarət gücləndirilib.
Qeyd edək ki, xeyli sayda azərbaycanlı təkfirçi İraq və Suriyada gedən döyüşlərdə iştirak edir, onların arasında öldürülənlər var. Hətta ailəsi ilə birlikdə İŞİD-ə qoşulan azərbaycanlılara da rast gəlmək olar.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15