AXCP ilə Müsavatın düşmənçiliyi ömürlükdür
12:09 09-01-2015
CƏMİYYƏT
AXCP ilə Müsavatın düşmənçiliyi ömürlükdür
Radikal müxalifət düşərgəsinin əsas partiyalarından olan və daim mehriban düşmən mövqelərində dayanan AXCP ilə Müsavat arasındakı buzlar ərimək bilmir.
Qeyd edək ki, bu iki partiyanın münasibətlərinin sıcaqlaşması üçün müəyyən cəhdlər olsa da, ortada hər hansı nəticə olmayıb. "Unikal"ın məlumatına görə, Müsavat Partiyasının qurultayından sonra yeni başqan Arif Hacılı AXCP ilə əməkdaşlıq məsələsini gündəmə gətirsə də, qarşı tərəfdən müsbət nəticə olmayıb. Müsavat Partiyası başqanının müavini, təşkilatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı təmsil olunduğu qurumun AXCP ilə yenidən əməkdaşlıq üçün etdiyi müraciətinə qarşı tərəfin rədd cavabı verməsi barədə yayılan informasiyalara münasibət bildirərkən deyib ki, hələlik bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, nə bundan öncə, nə də indi bu məsələ müzakirə olunmur. Mənim adımdan verilən məlumatlar isə yanlışdır. Müsavat rəsmisi bildirib ki, Müsavat Divanında əməkdaşlıq barədə məsələlər müzakirə olunsa da, Xalq Cəbhəsi ilə birbaşa əməkdaşlıq məsələsi barədə ümumiyyətlə söhbət aparılmayıb: "Müzakirələrdə seçkilərdə iştirak, iştirakın formaları, birgə mübarizənin təşkili, qanunvericiliyin dəyişdirilməsi istiqamətində siyasi partiyalarla müzakirələrin aparılması məqsədəuyğun hesab olunub. Müsavat tərəfindən digər partiyalara, xüsusilə AXCP-yə əməkdaşlıq təklifi edilməyib. Bu, yanlış məlumatdır".
Sözügedən məsələ ilə bağlı Müsavat Partiyasının digər rəsmisi - partiyanın Məclis üzvü Mustafa Hacıbəyli də analoji fikirlər səsləndirib. Məclis üzvü deyib ki, AXCP ilə əməkdaşlıq məsələsi mümkün deyil və bu ətrafda yayılan informasiyalar həqiqəti əks etdirmir: "Bu boyat bir şeydir. Ümumiyyətlə, bu barədə məlumatsızam. Amma bizim çoxdan təftişimiz olub və bu mövzu ətrafında hər bir suala cavab verilib. Ona görə də bu kimi iddiaları mənasız hesab edirəm".
Maraqlıdır görəsən, AXCP ilə Müsavatın bir araya gəlməsi, normal müstəvidə əməkdaşlıq etməsi niyə bu qədər çətin olur? Bu barədə fikirlərini "Unikal"la bölüşən BAXCP fəalı Mehman Muradlı bunları deyib: "İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat partiyası da Əli Kərimlinin AXCP-si də AXC şinelindən çıxıblar. Baxmayaraq ki, bu iki təşkilatın məramı eynidi, lakin onların birləşməsi mümkün deyil. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən birincisi isə Azərbaycanda siyasi partiyaların ideoloji prinsiplər əsasında deyil şəxslər üzərində qurulmasıdı. Baxmayaraq bu, təşkilatların rəhbərləri eyni hakimiyyətdə təmsil olunmuşdular. Hakimiyyətdə olduqları müddətdə də bir birilərini qəbul etməməkləri indiki birləşmək təkliflərinin qarşısında böyük bir maneədi. "Heçnə unudulmur, heç nə yaddan çıxmır" prinsipi ilə idarə olunan təşkilatların birləşməsi mümkün deyil".
Digər Xəbərlər
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15