Tahir Kərimli: "AXCP kliental partiyadır"
12:10 09-01-2015
CƏMİYYƏT
Tahir Kərimli: "AXCP kliental partiyadır"
"Düşünmürəm ki, AXCP-nin yay aylarına planlaşdırdığı qurultayda Əli Kərimli İsa Qəmbər sayağı sədrlik kreslosunu başqasına təhvil versin".
Bu sözləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli bildirib. Onun sözlərinə görə, AXCP kliental partiyadır, buradakı hər kəs bir nəfərin nüfuzu altında birləşib: "Bu partiya daxilində Əli Kərimli ilə mübarizə aparmaq iqtidarında olan bir kəs yoxdur. Mənim fikrimcə, Əli Kərimli heç vaxt öz postunu təhvil vermək barədə düşünmür. Müsavat partiyasında baş verən olaylardan sonra artıq AXCP bu cür addımlar atmaz. Çünki, İsa Qəmbər hədsiz demokratik bir addım atmağa çalışdı ancaq bu Müsavat partiyası üçün çox acı nəticələrin yaranmasına gətirib çıxardı. Bu hadisədən sonra Müsavat partiyası hələ də öz mövqeyini möhkəmlədə bilmir. Praktiki olaraq bu partiya iki hissəyə bölünüb. Düşünmürəm ki, bu hadisələrdən dərs çıxaran AXCP Müsavat partiyasının yolunu getsin".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00