Əkbər Hacıyevin qurumundan narazılıqlar artır
12:11 09-01-2015
CƏMİYYƏT
Əkbər Hacıyevin qurumundan narazılıqlar artır
"Azəriqaz" qışa beləmi hazırlaşıb?!
Qışın gəlişi ilə "Azəriqaz" İstehsalat Birliyindən şikayətlər artıb. Havaların soyuması ilə paytaxt Bakı da daxil olmaqla ölkənin əksər yerlərindən qazın kəsilməsi və ya aşağı təzyiqlə verilməsi ilə bağlı şikayətlər də çoxalıb. "Azəriqaz"la bağlı şikayətlər hələ noyabr ayında intensivləşib. Havaların soyumasına rəğmən hələ noyabrın ortalarında belə, qış rejiminə keçilməməsi vətəndaşların kəskin narazılığına səbəb olub, mətbuatda tənqid hədəfinə çevrilib.
Hazırda isə xüsusilə mənzillərə verilən qazın təzyiqinin aşağı olması narazılıq doğurur.
Məsələn, 20 gün əvvəl KİV yazırdı ki, Sabunçu rayon Sabunçu qəsəbəsinin sakinləri qaz üzünə həsrət qalıb. Qəsəbənin Natəvan küçəsinin bir qrup sakini publika.az-a müraciət edərək aylardır mavi yanacaqla yetərincə təmin olunmamalarından gileyləniblər. Sabunçu qəsəbə sakini Xəyalə Həsənova deyir ki, evdə istiliyin olmaması səbəbindən mənzilləri çox soyuqdur və azyaşlı uşaqları tez-tez xəstələnir: "Qışın belə bir vaxtı qəsəbəmizdə qazın təzyiqini minimuma endirən Sabunçu rayon Qaz İstismar İdarəsi telefon zənglərimizə "rəhbərliyə çatdırarıq" - cavabını verirlər. Lakin heç bir tədbir görülmür. Hər gün saat 18-dən gecə 00:00-a kimi qazın təzyiqi sıfır dərəcəsində olur. Bu səbəbdən də uşaqlarımız tez-tez xəstələnir. Qazla təminatın aşağı səviyyədə olması səbəbindən yemək bişirmək də mümkün olmur. Elektrik enerjisindən istifadə etməyə isə maddi imkanımız yoxdur".
Qeyd edək ki, hələ payızın ortalarında Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz" İstehsalat Birliyi mətbuata qışa hazır olduqlarını açıqlamışdı. Amma Hacıyevin rəhbərlik etdiyi qurumdan şikayətlərin ard-arasının kəsilməməsi real mənzərənin çox fərqli olduğunu göstərir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15