Fələstinin Azərbaycandakı səfiri: "Fransadakı hadisənin dinlə əlaqəsi yoxdur"
10:28 10-01-2015
CƏMİYYƏT
Fələstinin Azərbaycandakı səfiri: "Fransadakı hadisənin dinlə əlaqəsi yoxdur"
"Ümid edirəm ki, Avropa liderləri öz cəmiyyətlərində müsəlmanlara qarşı nifrət yaranmasına imkan verməyəcəklər"
"Mən əminəm ki, insanlar Fransadakı hadisənin İslam dini və ya müsəlmanlıqla əlaqəsi olmadığını anlayacaq. Bu hadisə cinayətkar radikallar tərəfindən törədilib. Onların törətdiyi dəhşətli cinayət İslam dininin bütün prinsiplərinin əksinədir". Bu sözləri açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Abdulkərim deyib.
Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına terror hücumunu şərh edən diplomat bildirib ki, belə bir cinayət xristianlar, yəhudilər, buddistlər tərəfindən də törədilə bilərdi: "Bu əməl dini təmsil etmir, çünki bütün dinlər ləyaqət prinsipinə əsaslanır, xüsusilə İslam. Təbii ki, belə bir hadisə qınanacaq, insanlar düşünəndə ki, bu vəhşilikləri müsəlmanlar törədib, onların fikirləri qarışacaq. Əminəm ki, Avropanın siyasi liderləri müxtəlif icmaların birləşməsi məsələsi üzərində işləyəcəklər".
Səfir ümid edir ki, Avropa liderləri öz cəmiyyətlərində Avropada yaşayan müsəlmanlara qarşı nifrət yaranmasına imkan verməyəcəklər: "Ekstremistlər və ifrat sağ qüvvələr buna çağırış edirlər. Bu qüvvələrin ideyalarının yayılmasına imkan verilməməlidir. Burada mən Avropa liderlərinin məsuliyyətindən danışıram, onlar ekstremist və rasistlərin cəmiyyətin müxtəlif təbəqələri arasında sosial münaqişə yaratmasına imkan verməməlidir. Əminəm ki, cəmiyyət siyasi rəhbərliyin yardımı ilə bu problemi həll edəcək".
Digər Xəbərlər
2024-11-25 20:08:42
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58