Azərbaycan Prezidenti, Çanaqqala, 24 aprel - təsadüfsüz tarix...
14:07 17-01-2015
CƏMİYYƏT
Azərbaycan Prezidenti, Çanaqqala, 24 aprel - təsadüfsüz tarix...
Azərbaycan Prezidenti İlham Əliyevin hər iki dövlət üçün önəm kəsb edən Türkiyə səfəri başa çatdı. Bir sıra iqtisadi və siyasi razılaşmalarla yadda qalan bu səfərin ən diqqətçəkən məqamlarından biri də İlham Əliyevin də müdrik addım olduğunu qeyd etdiyi Çanaqqala qələbəsinin 100 illiyi ilə bağlı tədbirə dəvət oldu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirdi ki, Türkiyə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyini qeyd edəcək və həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları və Azərbaycan Prezidenti də dəvətlidir.
Məlumdur ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır və bununla bağlı bir sıra dövlət başçılarına ağlaşma, gözyaşı dolu dəvətlər göndərir və havadarları vasitəsilə şərtlər qoyur.
Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Çanaqqala savaşının yüzilliyində iştirakı ilə bağlı dəvət isə bir daha göstərir ki, Türkiyənin Ermənistan siyasətində heç bir ciddi dəyişiklik yoxdur.
Tarixə nəzər salanda görünür ki, bu döyüş 18 mart 1915 - 9 yanvar 1916-cı illəri əhatə edib. Məhz ermənilərin dünyaya hay-küy saldıqları "soyqırım" da həmin ərəfənin qondarma tarixinə təsadüf edir. 24 aprel 2015-ci ildə ermənilər "100 illik yubiley" keçirməklə özlərinin yazıq və məzlum xalq olduqlarını və bunun müqabilində "soyqırım"ın tanınmasında əsas məqsəd kimi maddi kompensasiya və digər yardımlar almaq marağı güdürlərsə, digərləri şəhidlərinin ruhu qarşısında baş əyirlər.
Məlumdur ki, Çanaqqala döyüşü Osmanlı Dövləti ilə Antanta Dövlətləri, o cümlədən Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı, Fransa, Almaniya imperiyası, Avstriya-Macarıstan imperiyası arasında baş verən dəniz və quru döyüşüdür.
Avropalılar zəif hesab etdikləri Osmanlı Dövlətini Dardanel və Bosfor boğazlarından bir hücumla qovacaqlarını düşünürdülər. Qələbə qazanacaqları təqdirdə Süveyş kanalı vasitəsilə İngiltərənin Uzaq Şərq nəqliyyat yolunu təmin etmiş olacaqdılar. Rusiya ilə Qaradəniz üzərindən dəniz nəqliyyatının açılması, boğazların ələ keçirilməsi ingilis və fransız firmaları üçün böyük gəlirlər gətirəcəkdi. Lakin buna nail ola bilmədilər. Əsrlər boyu bu boğazları heç bir xarici qoşunlar ələ keçirə bilməmişdi. Babaların ruhu qarşısında cavabdeh olan türk ordusu böyük itkilərə məruz qalsa da, düşmənə bir qarış belə torpaq və su vermədi.
Döyüşlərdə Avstraliya 28150 nəfər, Fransa 27000, Yeni Zellandiya 7553, Böyük Britaniya 73485, Hindistan 4779, İttifaq dövlətləri 141109, türklər 251000 nəfər itki vermişlər. Maraqlıdır ki, türk ordusunun tərkibində azərbaycanlılar da vuruşmuş və ilkin hesablamalara görə, 10 minə yaxın itki vermişlər. Həmin şəxslərin 3 min nəfərə yaxını haqqında tarixi sənədlər mövcuddur. 18 mart Çanaqqala Şəhidlərini Anma Günü elan edilib. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Buna baxmayaraq, hər il milyonlarla şəxs dünyanın hər bir guşəsindən Çanaqqalanı ziyarətə gəlir, 100 hektarlarla ərazisi olan təbii məzarlıqları, orada əbədi uyuyan öz zamanının və ömürlük qəhrəmanların ruhu qarşısında baş əyirlər, burada məğlublar və qaliblər, daha doğrusu onların nəvə-nəticələri bir araya gəlirlər. Bu məzarlıqlarda hər metrdə 7-8 insan nəşi var, səngərlərin bir-birinə 7 metrəyə qədər yaxın olmaları bu insanların hansı dövlətlərə mənsub olduqlarını belə ayırd etməyə imkan vermir. Hamı fəxarət hissi keçirir və qürur hissi duyur. Əlbəttə ki, qalib tərəf bunu daha çox duyur, hiss edir. Heç kim bunun soyqırım və ya qətliam olduğunu dilinə belə gətirmir.
Arzu Nağıyev
Digər Xəbərlər
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43