Türkiyə-Azərbaycan ordusu regionda öz şərtlərini diqtə edəcək
14:09 17-01-2015
CƏMİYYƏT
Türkiyə-Azərbaycan ordusu regionda öz şərtlərini diqtə edəcək
İki ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələsi
Prezident İlham Əliyevin Türkiyəyə son səfəri ciddi rezonansa səbəb oldu. Belə ki, prezident İlham Əliyev və Türkiyə przeidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Toplantısından sonra ikitərəfli razılaşmalara imza atıblar.Strateji əməkdaşlıq şurasının iclasında xüsusi ilə iki ölkədən birinə edilən hərbi təcavüzə qarşı o biri ölkənin müdaxiləsi müzakirə olunub.Şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasinda əlaqələr və əməkdaşlığın inkişafı da müzakirə olunub. Ekspertlər hesab edir ki, bu toplantıda hərbi məsələlərin xüsusi olaraq ciddi müzakirə olunması diqqətdən yayınmayıb.Bu müzakirələr real proqramlar şəkilində aparılıb ki, bununda nəticəsini yaxın vaxtlarda görəcəyik. Hərbi ekspertlərin fikrincə bu müzakirələrin nəticəsi olaraq bu il çox böyük ehtimal ki, geniş əhatəli hərbi təlimlərə start veriləcək. Bundan başqa kadr hazırlığı məsələsi də gündəmə gələcək. Analitiklərin fikrincə bu əməkdaşlıq iki ölkənin hərbi sənayesinin inkişafına da təsir edəcək. Məlum olduğu kimi Azərbaycan pilotsuz təyyarələr hazırlamaq üzərində iş aparır və Türkiyənin bu tip təyyarələrə ciddi ehtiyacı var. Bu görüşdə diqqəti cəlb edən mühüm məqamlardan biri də bir dövlətə hərbi müdaxilə olarsa digər dövlətin ona dəstək verməsi ilə bağlı səslənən fikirlər oldu. Xatırladaq ki, Türkiyənin Naxçıvanla bağlı belə bir qərarı var və 1991-92-ci illərdə bu səbəbdən Ermənistan Naxçıvanın işğalına risk etmədi. İndi isə belə bir razılaşma bütünlüklə Azərbaycana şamil edilir ki, bu da özlüyündə regiondakı hərbi və siyasi durumu kökündən dəyişdirəcək. Bununla bağlı "Unikal"a açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, belə bir razılaşma iki ölkə arasındakı münasibətlərin məntiqi nəticəsidir: " Azərbaycan və Türkiyə arasındakı əlaqələr hər zaman artan istiqamətdə inkişaf edib və demək olar ki, istər Türkiyənin Azərbaycana, istərsə də Azərbaycanın Türkiyəyə investisiya qoyması, iqtisadi əlaqələri inkişaf etdirməsi adi hala çevrilib.Bütün bunlar iki ölkə arasındakı sıx əməkdaşlıqdan xəbər verir. Amma görürük ki, artıq növbəti bir mərhələ başlayır və bu mərhələdə hərbi əməkdaşlığın yüksək səviyəyə çatdırılması nəzərdə tutulur. Bildiyiniz kimi bir müddət öncə Türkiyə ilə Azərbaycan birgə hərbi təlimlər keçirdilər və bu torpaqları işğal altında olan Azərbaycan üçün çox vacib idi. İndi isə cənab prezidentin Türkiyəyə səfəri zamanı bu istiqamətdə növbəti addım atıldı. Bu isə sübut edir ki, artıq Türkiyə və Azərbaycanın qatıldığı bir hərbi türk bloku formalaşır ki, belə bir blokun olması da Azərbaycanın dövlətçiliyi, milli təhlükəsizliyi üçün çox vacibdir. Bütün bunları cəmləşdirərək demək olar ki, iqtisadi sferadakı müttəfiqlik, yüksək əlaqələr indi də hərbi sferaya keçir". Millət vəkili Zahid Oruc da hesab edir ki, 2011-ci ildən başlayan sistemli hərbi əməkdaşlıq hazırda ən yüksək mərhələdədir:" Hələ 2011-ci ildə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılanda qarşıya qoyulan əsas məqsədlərdən biri hərbi əməkdaşlığı dərinləşdirmək idi. Məhz nəzərdə tutulan proqrama əsasən bu illər ərzində 4 dəfə ciddi hərbi təlimlər təşkil edilib ki, burada da Türkiyə və Azərbaycan hərbçiləri iştirak edirdi. Hətta bu əməkdaşlıq o qədər cəlbedici oldu ki, Gürcüstan da bu tədbirə qatıldı. Bütün bunlar isə təsdiqləyir ki, iki ölkə arasında hərbi əməkdaşlıq ən yüksək səviyyədədir. Bir müddət öncə keçirilən hərbi təlimi isə xüsusi olaraq qeyd etmək istəyirəm. Hava hücumundan müdafiə xarakterli hərbi təlim 23 gün davam etdi və Türkiyə bu təlimlərə öz qırıcı təyyarələri ilə qatılmışdı. Dağlıq Qarabağda
daxil olmaqla böyük bir ərazidə keçirilən bu təlimlər ciddi rezonans yaratdı. Və sübut etdi ki, Qafqazda Türkiyə ciddi faktordur və bununla hamı hesablaşmalıdır. Azərbaycanla Türkiyənin hərbi müttəfiqliyi isə regiondakı istər siyasi, istərsə də hərbi sahələrə ciddi təsir edir və bunu inkişaf etdirmək vacibdir. Elə Türkiyədə təşkil olunan sonuncu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında da bunun şahidi olduq. Hesab edirəm ki, bu görüşdən sonra Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq daha da dərinləşəcək".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44