Ermənilərin daha bir fitnəsi - bu dəfə hədəf gürcü kilsələridir
Ermənilərin daha bir fitnəsi - bu dəfə hədəf gürcü kilsələridir

Fuad Axundov: "Azərbaycan və Gürcüstan erməni ictimaiyyətinin dərin yalanların içərisindən çıxarılmasına dəstək göstərmək üçün səylərini birləşdirməlidir"

Ermənistan UNESCO-ya müraciət edərək Gürcüstanda yerləşən 450-yə yaxın kilsənin erməni apostol kilsəsinə məxsus kilsələr kimi tanınmasını tələb edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə etibarlı mənbədən məlumat verilib.

Bakı üçün Ermənistan tərəfinin bu addımı erməni tarixçilərinin məntiqi nəzərə alınmaqla gözlənilməz olmayıb.
"XIX əsrdə erməniləri Azərbaycan və Gürcüstan torpaqlarına yerləşdirdilər, burada o vaxta qədər heç bir zaman ermənilər yaşamamışdılar və onlar həmin ərazilərdə bir alqoritmlə hərəkət etməyə - əhatə olunduqları hər şeyi erməniləşdirməyə başladılar. Ermənilərin lavaşa, düdüyə, Ağrı dağ/Ararat dağına, gürcü şərabına, indi də gürcü kilsələrinə son iddiası - bütün bunlar hamısı bir zəncirin halqalarıdır. Ermənilərin başabəla alimləri öz xalqına nə dərəcədə hörmət etmir ki, onu belə metodik surətdə və məqsədyönlü şəkildə dərin yalanın içinə salır! Ermənistanda yerli hakimiyyət ictimaiyyətin məlumatsızlıq səviyyəsini son dərəcə qoruyaraq, əhali arasında qonşu xalqların tarixi mədəni abidələrinə iddia etmək ideyasını inadla yaymaqda davam edir",- deyə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, ermənilərin qonşu Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarının maddi və qeyri-maddi irs nümunələrinə indiki iddiası erməni tarixçilərinin uzun əsrlər boyu həyata keçirdikləri saxtalaşdırmanın nəticəsidir.
"Amerikalı qafqazşünas alim, Ermənistan və Qafqaz Albaniyası tarixi üzrə mütəxəssis, erməni əsilli Robert Hyuson Ermənistanda baş verənləri belə təsvir edib: "İrəvanda məni inandırdılar ki, biz Qərbdə özümüzü tədqiqatlar aparmaq cəhdləri ilə yormamalıyıq, ən yaxşısı, Ermənistana xidmət edək, Ermənistan Elmlər Akademiyasının hazırladığı əsərləri sadəcə olaraq başqa dillərdə dərc edək".
Alimin bu sözlərindən məlum olur ki, nə üçün Ermənistan tarix elminin xəritəsində "Bermud üçbucağıdır", çünki dünya elmi yalnız faktlara əsaslanarkən, Ermənistanda Elmlər Akademiyasının göstərişlərinə əsaslanır və onlar bu fikirləri əldə rəhbər tutaraq həm Ermənistanda yayır, həm də erməni əslilli xarici tarixçilərə təlqin edirlər. Belə bir zombiləşdirmə nəticəsində ermənləri başqa xalqların üzərinə rahatlıqla saldırmaq olar - biz artıq Dağlıq Qarabağ məsələsində bunun şahidi olmuşuq və bu hal indi də Gürcüstanın Samtshe-Cavaheti vilayətində baş verir. Görünür, ermənilərin Ararat adlandırdığı Türkiyənin Ağrı dağına iddiaları və bu adı qanuniləşdirmək cəhdləri də yalnız zaman məsələsidir", - deyə o bildirib.
Sektor müdiri bu yaxınlarda ermənilərin lavaşı UNESCO-nun maddi irs siyahısında erməni çörəyi kimi təqdim etmək cəhdlərinin iflasa uğradığını xatırladıb. Onlar iddia edirdilər ki, lavaş sözünün etimologiyası erməni köklərinə bağlanır, biz bunun əksini sübut edən kimi, ermənilər uzun illər ərzində "Vikpediya"nın saytında lavaşın etimologiyası haqqında verilmiş məqaləni bir həftə ərzində başqası ilə əvəz etdilər. Bu, bir daha onların hər şeyi erməniləşdirmək versiyalarının nə qədər uydurma olduğunu sübut edir. Buna görə də mən gürcü həmkarlarımı səylərimizi birləşdirməyə çağırıram. Birgə iş "Vikipediya"da başqa xalqların mədəni irs nümunələrinin erməniləşdirildiyi yüzlərlə məqalənin müəlliflərini ifşa etməyə imkan verəcək",- deyə F.Axundov bildirib.
"Buna görə də əminəm ki, Azərbaycan və Gürcüstan erməni saxtakarlıqlarının ifşa olunması və erməni ictimaiyyətinin öz tarixi və mədəniyyəti barədə həqiqəti bilmək hüququnun dəstəklənməsi üçün səylərini birləşdirməlidirlər. Ölkələrimizin birgə səyləri ilə elmi forumlar keçirilməli və bu forumlara mütərəqqi fikirli erməni əsilli alimlər də dəvət olunmalıdırlar ki, Ermənistan ictimaiyyəti yalnız "öz şirəsində qaynamayıb", alternativ fikirləri öyrənmək imkanı əldə etsin, uzun illərdir onlara təhrif olunmuş şəkildə təqdim edilmiş hadisələrə doğru baxış nöqtəsindən nəzər salsın. Təsadüfi deyil ki, dünyanın elm mühitində açıq şəkildə deyilir ki, erməni tarixi region ölkələri və dünya tarixi ilə ziddiyyət təşkil edir, alternativ baxışa malik olan onlarla erməni əsilli amerikalı alim isə Ermənistanda 1937-ci ildə olduğu kimi "xalq düşməni" adlandırılır. Biz erməni tarixini və mədəniyyətini bürümüş çoxəsrlik yalan və saxtalaşdırma sisteminin nəticələrindən azad olmaq üçün ermənilərə kömək etmək məsələsində səylərimizi birləşdirməliyik", - deyə F.Axundov vurğulayıb.
Onun sözlərinə görə, bu sahədə Azərbaycan-Gürcüstan əməkdaşlığı Azərbaycanın Qafqaz Tarixi Mərkəzi tərəfindən təqdim edilmiş "Yalan detektoru" (erməni saxtakarlıqlarının və qonşu xalqların mədəniyyətinin mənimsənilməsinin ifşa edilməsi layihəsi) və "Erməni ictimaiyyətinə informasiya dəstəyi" (bu layihə çərçivəsində tanınmış portallarda dünya alimləri və siyasətçilərindən iqtibaslar və informasiya blokları - informerlər yerləşdirilib) layihələrinə əsaslana bilər.
"Bizim işləyib hazırladığımız texnologiya Ermənistan tərəfinin hiylələrinə yağlı nöqtə qoyacaq. Biz ermənilərin harada və nə zaman özlərinə aid olmayan mədəniyyətləri mənimsəməsini aşkarlayıb ifşa etməyə imkan verən alət yaratmışıq. Əzabkeş erməni xalqının tarixi və mədəni yalanlardan azad edilməsinə və zombiləşdirilməsinə qarşı yönəlmiş səylərimizi birləşdirmək daha səmərəli nəticə verəcək",- deyə F.Axundov vurğulayıb.
Fuad