Aksiyaya görə direktor işdən müvəqqəti uzaqlaşdırıldı
10:21 20-01-2015
CƏMİYYƏT
Aksiyaya görə direktor işdən
müvəqqəti uzaqlaşdırıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Hövsandakı 118 nömrəli məktəbdə baş verən aksiya ilə bağlı məlumat yayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar bildirir ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarəolunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.
118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.
Məlumatda həmçinin qeyd olunur ki, dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verilir.
Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin Rəisi və prokuroru da hadisə yerindədir. Faktla bağlı araşdrıma aparılır.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15