"Ermənilərin aydın mesajlarını anlamaq istəməməsi müasir Rusiyanın ən böyük təhlükəsidir"
09:27 29-01-2015
CƏMİYYƏT
"Ermənilərin aydın mesajlarını anlamaq istəməməsi müasir Rusiyanın ən böyük təhlükəsidir"
"Vaxtilə ermənilər Rusiyanın İrandakı səfiri A.Qriboyedovu öldürməklə ruslara qarşı öz düşmənçilik mövqeyini ortalığa qoysalar da, ermənilərin ruslara qarşı ən böyük düşmənçiliyi Sovet dövrünə düşür"
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Moskva metrosunda terror hadisəsinin törədilməsi, saxta sovet əkinazlarının kəsilməsi ermənilərin hələ SSRİ-nin güclü olduğu dövrdə törətdikləri əməlləridir:
"SSRİ-nin dağılması Ermənistandan və Dağlıq Qarabağdakı ermənilərdən başladı. Keçmiş SSRİ-də Qərb dövlətləri ilə ermənilər qədər bağlı olan ikinci xalq yoxdur. Məhz ona görə də Qərbin xüsusi xidmət orqanları inamlı şəkildə Qarabağda antisovet mitinqlər təşkil edə bildi. Dağlıq Qarabağın SSRİ-ni dağıdan müstəvi olmasını prezident S.Sarkisyan Moskvanın populyar KİV-lərinin birində etiraf etmişdi. SSRİ mövcud ikən öz müstəqilliyini ilk elan edən dövlətlərdən biri də Ermənistan idi. Sovet qoşunlarının çıxarılması da müttəfiq respublikalar içərisində ilk olaraq Ermənistandan başladı. Rusiyanın daxilində milli məsələlərin ədavətin qızışmasında, Şimali Qafqazda vəziyyətin gərginləşməsində Ermənistan rəhbərliyinin və imkanlı ermənilərin müstəsna rolu olub".
Politoloq vurğulayıb ki, çərkəz soyqırımını tanıyan yeganə xalq da ermənilərdir. Rus dilinə qarşı ən təhqirli və ən kəskin hücum Ermənistanda təşkil edildi:
"ABŞ-ın Ermənistandakı səfirliyinin binası həcminə görə ABŞ-ın Misirdəki səfirliyinin binasından sonra 2-ci yerdədir. Bu bina hərbi qala olmaqla yanaşı, həm də mesajdır. Erməni milyarderlərinin sayının ən "yetişdiyi" məkan da Moskvadır. ABŞ-da cəmi 1 erməni milyarderi yaşadığı halda, təkcə Moskvada 6 erməni milyarderi yetişdi. Bütün bunlar Rusiyanın iqtisadiyyatının çökdürülməsi, rus kapitalının xaricə axıdılmasının hesabınadır. Ermənilər Rusiyaya qarşı ədavətlərini daim ABŞ-a isti münasibətlə bildiriblər. Dağlıq Qarabağ erməniləri valideynlərinin məzarlarını ziyarətə getmiş 3 azərbaycanlını girov götürdülər. Birini öldürüb, ikisini həbs etdilər; Azərbaycan vətəndaşına 22, RF vətəndaşı olan azərbaycanlıya isə ömürlük həbs cəzası verdilər. Bu iş S.Ohanyanın birbaşa rəhbərliyilə reallaşdırıldı. Rusiyaya ən aydın mesajdır. Arutunyan Moskva ətrafında "KamAZ"la avtobusda 18 nəfəri öldürdü, 40 nəfəri şikəst etdi".
M.Əhmədoğlunun sözlərinə görə, Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri Permyakovla bağlı baş verənlər də ermənilərin ruslara qarşı münasibətinin təhtəlşüur göstəricisidir:
"Permyakov hadisəsinin" başvermə tarixi çox şey deyir; AİB üzvü Ermənistan Dağlıq Qarabağla əlaqəli öhdəliklərini yerinə yetirməli idi. Ermənistan Dağlıq Qarabağda işğalçılıqdan əl çəkmək niyyətində deyil. ABŞ da bu məsələdə onunla həmrəydir. Müdafiə naziri S.Ohanyan ABŞ və NATO-nun xeyir-duası ilə prezident olmağa hazırlaşır. RF isə başqa namizədi dəstəkləyə bilər. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asya regionu üzrə nümayəndəsi C.Appaturayın "Permyakov hadisəsinə" cavabı əvvəlcədən hazır kimi görünür: "Ermənistan hökuməti nə etmək lazım olduğunu bilir"- cavab formatı sanki rəsmi Yerevanla birgə hazırlanmışdı. Ermənilər Rusiyaya qarşı açıq şəkildə düşmənçilik mesajları verilər. Ermənistan və dünya erməniliyi düşmənsiz yaşaya bilmirlər. Təxminən 150 ildir ki, osmanlılara və ya türklərə qarşı mübarizədə uğur qazana bilməyən ermənilər yorulublar. Amma eyni zamanda bu millət düşmənsiz yaşaya bilmir. Türkiyəyə qarşı düşmənçilik erməni xalqının mövcudluq vasitəsinə çevrilib. Türkiyəyə qarşı mübarizədə uğursuzluq, eləcə də Ermənistanla dünya erməniliyinin birliyi Türkiyəyə qarşı münasibəti dəyişməyə vadar edir. Ermənistanın ən yaxın hesab etdiyi Qərb də bu istiqamətdə lazımi addımlar atır. Ona görə də erməni düşüncəsi türklərlə düşmənçiliyi bitirmək üzrədir. Bu düşüncəyə görə, türklərlə erməniləri ruslar düşmən edib. Ona görə Türkiyəyə düşmənçiliyi Rusiyaya qarşı düşmənçiliklə əvəzləmək lazımdır.
Vaxtilə Türkiyə rəhbərliyi ermənilərin düşmənçilik mesajlarını qulaqardına vurdu. Nəticədə, çoxlu sayda diplomatı, tanınmış şəxsi öldürüldü. İndi Kremldəki hər üç otaqdan ikisində erməninin bu və ya digər dərəcədə iştirakı var. Sabah RF vəzifəlilərinin kabinetləri partlayanda və ya başqa xarakterli təxribatlar olanda bunun səbəbini də indiki kimi heç kim başa düşməyəcək. Çünki ermənini məhz Rusiya belə tərbiyə edib. Ermənini heç vaxt ayağı dəymədiyi gözəl torpaqlara gətirib onlara dövlət yaratması ermənilərin özündə razılığını artırmalı idi. Artırdı".
Politoloq əlavə edib ki, Milli və dini ideologiyanı rədd edən SSRİ dövlət ermənilərə "soyqırımı" abidəsi tikdi: "Bu istər-istəməz ermənilərdə narsizm hissini yaratmalı idi. Ermənilər bu gün özlərini müstəsna millət hesab edirlər. Bunun günahkarı əsasən Kremldir. İndi Kreml cəza almağa hazırlaşa bilər. Kremllə ermənilərin münasibətinin Karl Marksın məşhur ifadəsi daha yaxşı ifadə edir: "Kapitalizm proletariat sinfini yaratmaqla özünün qəbirqazanını yaratdı". Rusiya erməniləri özünə yaxın ərazilərə gətirməklə özləri üçün qəbirqazanlar yaratdılar. Rusiyanın Ermənistana müstəsna münasibəti, xüsusi ximizmə söykənən əlaqələri Azərbaycanda çoxlu sayda suallar yaradıb və yaradır. Bu sualların cavabının tapılmasının gecikməsi Azərbaycanın da Rusiyaya yaxınlaşmasını gecikdirə bilər".
Fuad
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15