Müsavat Partiyası boşalır
10:36 27-02-2015
CƏMİYYƏT
Müsavat Partiyası boşalır
Arif Hacılıya asi düşən Səxavət Əlisoyün qohum-əqrəbası partiyanı tərk etdilər
Müsavat başqanlığına eks-namizəd, partiyanın sabiq üzvü Səxavət Əlisoy qohumlarının bu siyasi təşkilatla vidlaşdığını bəyan edib.
"Unikal"a bu barədə məlumat verən S.Əlisoy bildirib ki, artıq onun yaxın ətrafı da Müsavtda qalmaq istməyiblər. O, buna səbəb kimi partiya rəhbərliyinin yürütdüyü siyasəti göstərib: "Məni-Səxavət Əlisoyu absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalaması şərəf məsələsi idi. Az da olsa gözlənti var idi ki, ABŞ Dövlət Departementinin 2010-cu ildə Azərbaycanda İnsan Haqlarının pozulmasına dair hesabatını oxuduqdan sonra, Müsavat Partiyası bu mötəbər sənədə sayğı ilə yanaşacaq. Təəssüf ki, belə olmadı. Belə bir paradoksal durumda Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayır və bunu Əlisoyların 18 nümayəndəsinin təsdiq etdiyinin məsuliyyətini üzərimə götürürəm". S.Əlisoy istefa verənlərin aşağıda adları qeyd olunanlar olduğunu bildirib: "Ədalət Əlisoy, Əlipaşa Əlisoy, Arif Əlisoy, Şakir Əlisoy, Çapay Əlisoy, Sabit Əlisoy, Səxavət Əlisoy, Araz Əlisoy, Cavid Əlisoy, Həmid Əlisoy, Hafiz Əlisoy, Toğrul Əlisoy, Gürşad Əlisoy, Məmməd Əlisoy, Musa Əlisoy, Sevindik Əlisoy, Ələkbər Əlisoy, Zakir Əlisoy".
O, absurd ittihamlarla Müsavatdan çıxarıldığını vurğulayaraq, bundan sonra qohumlarının da həmin partiyada qalmasının şərəf məsələsi olduğunu bildirib. "Belə bir paradoksal durumda "şərəfsizlər üçün şərəfin dəyəri olmur" deyiminə inandığım üçün Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayır və bunu Əlisoyların 18 nümayəndəsinin təsdiq etməsinin məsuliyyətini üzərimə götürürəm" - deyə S.Əlisoy qeyd edib.
Əldə etdiyimiz məlumata görə, Müsavatdan gedənlər bununla bitmir. Yadınızdadırsa, bir neçə gün öncə Müsavat Partiyasının Beyləqan rayon təşkilatı sədrinin müavinləri və bir qrup üzvü partiyadan istefa verərək, Azad Demokratlar Partiyasına qoşulmuşdu. Belə ki, Müsavat Partiyasının Beyləqan rayon təşkilatı sədrinin müavinləri Nadir Ələsgərli, Akif Nəsirli, Vaqif Cəmiloğlu, Vəkil Yelmaroğlu, Vəlyəddin Quliyev, Zahid Cabbarlı, Rahil Qəmbərli və digərləri istefa verdikləri barədə bəyanat yayıblar. Nadir Ələsgərlidən başqa istefa verən həmin şəxslər bundan sonra Azad Demokratlar Partiyasının sıralarında fəaliyyət göstərəcəklərini bildiriblər.
"Unikal"a məlumat verən Müsavat fəallarından birinin sözlərinə görə, Qubad İbadoğlunun partiyadan xaric edilməsi ciddi narazılığa səbəb olub. Buna etiraz edən bir neçə tanınmış şəxs partiyadan getsə də, kütləvi istefaya imkan verilməyib: "Bilirsiniz ki, partiya əsasən funksionerlərin qohum əqrəbasından ibarətdir. Səxavət Əlisoya qarşı məlum addım atılandan sonra bütün qohumları partiyadan çıxdı. Analoji addım digər vurulan funksionerlər tərəfindən də atılacaq. Sadəcə olaraq, Müsavatın imicini düşünənlər buna getmək istəmirlər. Əgər Arif Hacılı ağıllanmasa, kütləvi istefalardan çaş-baş qalacaq".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00