"Khazar İslands"da Beynəlxalq Şahmat Mərkəzi yaradılacaq
10:37 27-02-2015
CƏMİYYƏT
"Khazar İslands"da Beynəlxalq Şahmat Mərkəzi yaradılacaq
"Avesta Concern" həyata keçirdiyi "Khazar İslands" layihəsi dövlət xadimləri və diplomatlar, sərmayəçilər və tikinti şirkətləri yanaşı müxtəlif qeyri-komersiya qurumlarının da diqqətini cəlb etməkdədir. Xəzər sahillərində salınmaqda olan bu şəhərdə müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən də idman yarışlarının yeni ünvanı ola bilər.
İşgüzar məqsədlə Bakıya gələn Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov "Khazar İslands" layihənin həyata keçirildiyi ərazidə olub və şəhər kompleksinin tikintisi ilə tanış olub. "Avesta Concern"in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov "Khazar İslands"da Beynəlxalq Şahmat Mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Hacı İbrahim Nehrəmli qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanda şahmatın inkişafına böyük diqqət göstərir və bu məqsədlə Dövlət Proqramı da qəbul edilib. "Avesta Concern"in prezidenti "Khazar İslands"da Beynəlxalq Şahmat Mərkəzinin yaradılmasının prezident İlham Əliyevin Azərbaycanda şahmatın inkişafı siyasətinə dəstək ola biləcəyini qeyd edib və Mərkəzin yaradılması üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb. Danışıqların sonynda "Khazar İslands"da Beynəlxalq Şahmat Mərkəzinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib. Qərara alınıb ki, Beynəlxalq Şahmat Federasiyası "Khazar İslands"da yaradılacaq Beynəlxalq Şahmat Mərkəzi ilə bağlı bir neçə layihə hazırlasın və "Avesta Concern"in nümayəndə heyyəti ilə növbəti görüşdə təqdim etsin.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15