Arif Hacılı keçmiş partiyadaşına "atıb"
11:16 28-02-2015
CƏMİYYƏT
Arif Hacılı keçmiş partiyadaşına "atıb"
Müsavat başqanı Zəngilan rayon təşkilatının sədrinə olan 300 manat borcunu qaytarmır
Müsavat Partiyasının sonuncu qurultayından sonra qurum ətrafında yaranan gərginlik artmaqdadır. Bu gərginliyin fonunda isə yeni-yeni biabırçı faktlar üzə çıxmaqdadır.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyasının yeni başqanı Arif Hacılı ona qarşı qiyam qaldıran şəxsləri partiyadan uzaqlaşdırandan sonra barəsində şok faktlar üzə çıxıb. Belə ki, Arif Hacılı partiyanın Zəngilan rayon təşkilatının keçmiş sədri Rüfət Əliyevə 300 manat borcunu ödəmək istəmir. Peşəcə diş həkimi olan sabiq müsavatçının bildirdiyinə görə, bir neçə il bundan əvvəl yaxın adamını Rüfət bəyin yanına gətirən indiki başqan onun dişini düzəltməyi xahiş edib və xidmət pulunu ödəməyi öz öhdəsinə götürüb. Partiya yetkilisinin sözlərinə inanan diş həkimi qollarını çırmalayıb işə girişib. Düzəldilmiş protez pasientin damağına yerləşdirildikdən sonra həkimlə sağollaşıb yaxın günlərdə borcunu verəcəyini deyən Arif Hacılını bir daha gördüm deyən olmayıb. Üzərindən neçə illər ötsə də, Rüfət həkim aralarındakı yaxın münasibətdən dolayı borclu olduğunu Arif Hacılıya xatırlatmaqdan utanıb. Müsavatın son qurultayından sonra araları açılan tərəflərin yadına köhnə xatirələr düşüb. Rüfət Əliyev hətta yas mərasimində belə onun salamını almayan Arif Hacılıdan indi borcunu istəyir. Başqan isə borcu ödəməkdən imtina edir.
R.Əliyev onu da bildirib ki, bu hadisə Arif Hacılının öz əqidə yoldaşlarının haqqını yemək təcrübəsində ilk və sonuncu hal olmadığını bildirdi: "Bir neçə il bundan əvvəl Arif bəyin təşkilatçılığı ilə Müsavat üzvlərindən internet televiziyası yaratmaq adı altında pul yığılmışdı. Onsuz da bir çörəyə möhtac olan səmimi müsavatçılar öz xanımlarının bəxt üzüyünə qədər satıb bu "müqəddəs işə" verdilər. Üzərindən neçə illər keçməsinə baxmayaq hələ də həmin layihənin izi-tozu yoxdur. Müsavat yetkililəri xaricə qaçan möhtəkirlərə saxta üzvlük vəsiqəsi satmaqla da ad çıxarıblar. İndiyə qədər nə qədər saxta müsavatçının Avropa ölkələrindən siyasi sığınacaq aldığını bir Arif Hacılı bilir, bir də onun qul beçələri".
Sabiq deputat İkram İsrafilinin oğlunun guya mitinqlərdə iştirakı ilə bağlı verilmiş bəyanatla saxta vəsiqə fırıldağının ortaya çıxdığını xatırladan Rüfət bəy fikirlərini belə davam etdirdi: "İnsanları polis dəyənəyi altında döydürüb, yalançı minitqlər keçirməklə gündəm yaradıb və ən radikal müxalif qurum imiciylə saxta sənəd satanlar təbii ki, mənim halal puluma halal gözlə baxa bilməzdilər. Məni yandıran da əslində 300 manatın maddi dəyəri deyil. Arif Hacılı kimi adamlar tərəfindən səmimi müsavatçıların ülvi duyğularının istismar edilməsi, sömürülməsidir. Bu zamana qədər çox sömürüldük. Polis dəyənəyi altında əzilə-əzilə, zindanlarda çürüyə-çürüyə kimlərinsə ocağının közü olduq, qazanını qaynatdıq, səltənətlərinin tikintisində daşa, quma çevrildik. Bizim alın tərimizi içə-içə zənginləşdilər. Bundan sonra bizdən eyni uysallığı görə bilməyəcəklər. Mən nəyin bahasına olursa olsun, öz 300 manatımı Arif Hacılıdan alacağam. Lazım gəlsə bu məsələni beynəlxalq məhkəməyə qədər aparacağam. Qoy, bütün dünya millətin etibarından istifadə edərək siyasi və maddi divident qazananları tanısın, 100 illik tarixi olan bir partiyanın kimlərin ümidinə qaldığını bilsin".
Göründüyü kimi, demokratiyadan, haqq-ədalətdən, düzgünlükdən dəm vuran Arif Hacılının özü nə qədər çirkaba bulaşıb. Əslində, bu faktlar onu göstərir ki, A.Hacılı kimilərinin hakimiyyətə gəlməsi ən böyük təhlükədir. Çünki müxalifətdə ola-ola öz yaxın ətrafına qarşı bu cür dələduz hərəkətlər edən birinin əlinə səlahiyyət keçəndə nələr edə biləcəyini təsəvvür eləmək elə də çətin deyil.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27