"Onlar Azərbaycan xalqı üçün gülüş obyektidir"
11:17 28-02-2015
CƏMİYYƏT
"Onlar Azərbaycan xalqı üçün gülüş obyektidir"
Elşən Musayev: "AXCP ilə "Milli Şura"nı
birləşdirməkdənsə, Cəmil Həsənlini partiyaya üzv etmək daha məqbul və rahat olar"
"Toplananların yerini dəyişərkən cəm dəyişmir. Və ya sıfırı sıfıra vurub bir nəticə hasil etmək olmaz. Elə bu məntiqə də əsaslanıb deyə bilərəm ki, AXCP və "Milli Şura" arasındakı birlik bütün hallarda və formatlarda fiaskoya uğrayacaq".
Bunu Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev AXCP sədrinin eks müavini Razi Nurullayevin öz keçmiş partiyası və "Milli Şura" haqqında dediklərinə münasibət bildirərkən söyləyib.
E.Musayev deyib: "Razi bəy deyir ki, "Milli Şura" Əli Kərimlinin təsiri altındadır. Oysa, çox maraqlıdır: bu bədnam təşkilat ha Kərimlinin təsiri altında olmuş, ha olmamış, fərqi nədir? Onsuzda Rüstəm İbrahimbəyov kimi naşı siyasətçinin bünovrəsini qoyduğu qurum sütunundan, bünövrəsindən çökməyə başlayıb, çat verib də. Bundan daha ötəsi dəmi var? Məncə xeyr! Çünki "Milli Şura"nın adı artıq Azərbaycan xalqı üçün lağ, gülüş obyektidir. İnsanlar Cəmil Həsənli deyərkən pensioner kişinin rəzil obrazından savayı heç nəyi xatırlamırlar. Ona görə də AXCP ilə "Milli Şura"nı birləşdirməkdənsə Cəmil Həsənlini partiyaya üzv etmək daha məqbul və rahat variant olar. Çünki "Milli Şura" elə bir tək Həsənlinin özündən ibarətdir".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27