Elman Nəsirli: "Bu cür bəyanatlar ənənəyə çevrilib"
10:34 03-03-2015
CƏMİYYƏT
Elman Nəsirli: "Bu cür bəyanatlar ənənəyə çevrilib"
"Beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərəzli hesabatlar verməsinin dəfələrlə şahidi olmuşuq". Bu sözləri politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, "Amnesty İnternational" təşkilatı hər zaman Azərbaycanla bağlı mənbəyi tam dəqiqləşdirilməmiş qərəzli hesabatlar yayır: "Etibarlılığı kifayət qədər olmayan mənbələr hesabına verilən bu cür bəyanatların heç bir əsası yoxdur. Ölkə başçısı cənab İlham Əliyev də bir neçə il öncə öz çıxışında bildirmişdi ki, dünyada elə qüvvələr var ki, utanmadan, çəkinmədən bizlərə çox sürətlə inkişaf etdiyimizi irad tuturlar. Bu səbəbdən də onlar hər zaman Azərbaycana qarşı təzyiq və təhdid mexanizmlərini işə salırlar.Belə hesab edirəm ki, "Amnesty İnternational" təşkilatı da həmin qüvvələrin sırasındadır. Bu cür bəyanatlar artıq bir növ ənənəyə çevrilib. Bir neçə müddət öncə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bildirmişdi ki, Azərbaycanın ABŞ-la yox, məhz ABŞ-da faəliyyət göstərən QHT-lər ilə problemləri var. Yəni onlar real hərəkətə söykənməyən, etibarlılıq mənbəyi kifayət qədər olmayan informasiyalar yayırlar və Azərbaycana təzyiq göstərirlər. Bir daha qeyd edim ki, bu cür qərəzli bəyanatlar heç bir real bazaya söykənmir. Lakin bu cür addımlar Azərbaycanı seçdiyi inkişaf yolundan döndərə bilməz. Bu cür təzyiq mexanizmləri ilə o təşkilatlar ola bilsin ki, digər ölkələrdə müəyyən nəticələr əldə edə bilərlər, lakin xalqla hakimiyyətin birlik halında olduğu, ictima-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda bu cür dırnaqarası addımlar heç bir uğur qazana bilməz".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15