General Xanlar Zeynalovun işçilərindən növbəti şikayət
10:47 04-03-2015
CƏMİYYƏT
General Xanlar Zeynalovun işçilərindən növbəti şikayət
Məhkəmə icraçıları yaşlı qaçqın ailəsinə niyə zülm edir?
Qubadlı rayonundan məcburi köçkün Məmmədova Nailə Rüstəm qızı arqument.az-a şikayət məktubu göndərib.
Şikayətçi bildirib ki, qanunla aldıqları evdə yaşaya bilmirlər: "2013-cü ildə Sumqayıt şəhəri sülh küçəsi 4-cü məhəllə ev 18/15 Rabitə Bankın balansından aldıq. Aprel ayında evin köhnə sahibi Qaşadarova Almara Oruc qızı, bizim evdə olmadığımızdan istifadə edərək evə basqın edib. Nəticədə qapıları sındıraraq evə soxulublar. Polisə şikayət etsək də, evimizə soxulmuş adamları evdən çıxarda bilmədik. Nəticədə son ümid yeri kimi məhkəməyə üz tutduq. Sumqayıt Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi bizim xeyrimizə qətnamə çıxardıb.
Sənədlər Ədliyyə Nazirliyinin Sumqayıt şəhərinin məhkəmə icra şöbəsinə göndərilib. 2014-cü ilin sentyabr ayının 14-dən Ədliyyə Nazirliyinin icra şöbəsindədir. Amma indiyə kimi məhkəmənin qətnaməsi yerinə yetirilməyib".
Nailə Məmmədova daha sonra bildirib ki, dəfələrlə Sumqayıt şəhəri məhkəmə icra şöbəsinin rəisi Anar Əhmədovla görüşsə də, bunun da xeyri olmayıb: "Axrıncı dəfə mənə dedi ki, mən bu işi bacarmıram. Gücüm çatmır onları evdən çıxartmağa. Ədliyyə Nazirinin müavini Xanlar Zeynalovun (o həm də nazirliyin İcra baş idarəsinin rəisidir - red.) qəbulunda olmuşam. Hər dəfə mənə get gözlə 10 günə müsbət cavab veriləcək deyiblər. Amma yenə də məsələ həll edilməyib.
Həyat yoldaşım yataq xəstəsidir. Hər ikimiz pensiyanerik. Bu vaxtımızda bizi salıblar küçələrə, kirayədə qalırıq. Ermənilər bir dəfə bizi qaçqın etdilər, indi də məmurlar qaçqın edib. Biz nə edək? Kimə dərdimizi deyək? Bu ölkədə qanunlar varsa, niyə onlar işləmirlər? Cənab nazirdən xahiş edirəm bu məsələni həll etsin. Əks təqdirdə beynəlxaq təşkilatlara gedib sığnacaq istəyəcəyik".
Xatırladaq ki, son vaxtlar ölkədə məhkəmə icraçıları ilə bağlı şikayətlər artır. Qəzetimizin ötən saylarında bu barədə dərc edilən yazıda da bildirilirdi ki, məhkəmə icraçılarının öz işini düzgün, zamanın tələblərinə uyğun qura bilməməsi və qeyri-qanuni fəaliyyət halları ilə bağlı Baş icra idarəsində də məlumatlıdırlar. Amma Xanlar Zeynalovun belə hallara qarşı lazımi tədbirlər görməməsi də göz önündədir. Nəticədə isə məhkəmə icraçıları faktiki olaraq vətəndaşları incitməklə, onları hökumətdən narazı salmaqla məşğuldurlar.
Yuxarıda təqdim olunan şikayət də bunu bir daha təsdiqləyir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15