Əbülfəs Qarayev genişmiqyaslı təftişə başlayır
10:48 04-03-2015
CƏMİYYƏT
Əbülfəs Qarayev genişmiqyaslı təftişə başlayır
Bakıdakı hotellərin bəzilərinə böyük təhlükə!
Mədəniyyət və Turizm Nazirliyi Bakıda iyun ayında keçiriləcək I Avropa Oyunlarına hazırlıqla əlaqədar aprel ayı ərzində Bakıdakı hotellərdə monitorinqlər keçirməyi nəzərdə tutur. Bunu nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.
Onun sözlərinə görə, monitorinqin məqsədi mehmanxanalarda göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasını təmin etmək, turistlərə göstəriləcək xidmət işini yaxşılaşdırmaqdır.
Belə monitorinqlərin Bakıda ötən ilin oktyabr ayında da keçirildiyini xatırladan nazirlik rəsmisi qeyd edib ki, bir idman növü üzrə oyunların Mingəçevir şəhərində keçirildiyini nəzərə alaraq, martın 3-dən etibarən həmin şəhərdə fəaliyyət göstərən mehmanxanaların əməkdaşları üçün Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən təlim kursları keçiriləcək. Bu kursların aprel ayında Bakıda fəaliyyət göstərən hotellər üçün də keçirilməsi nəzərdə tutulur.
V.Şıxməmmədovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Azərbaycanda daxili turizmlə məşğul olan bütün turizm şirkətlərinə yeni marşrutlar, xidmət növləri yaratmağı tövsiyə edib.
Ekspertlər Əbülfəs Qarayevin nazirliyinin belə bir təftişə başlamasını doğru hesab edirlər.Onlar Avropa Oyunları ərəfəsində ölkəyə çox sayda xarici qonağın gələcəyini nəzərə alıb hotellərin fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması zəruridir. Xüsusilə hotellərdə qiymətlərlə keyfiyyətli xidmət arasındakı tərsmütənasibliyin aradan qaldırılması zəruridir.
Məsələ burasındadır ki, Bakı hotellərində qiymətlər kifayət qədər fantastikdir. Belə bahalı qiymətlərin müqabilində isə müştərilərə göstərilən xidmətin keyfiyyəti narazılıq yaradır. İndi Avropa Oyunları zamanı Azərbaycana gələcək xarici qonaqları da narazı salmamaq üçün Qarayevin nazirliyinin təsirli tədbirlər görməsi vacibdir.
Turizm sektoruna yaxın qaynaqların bildirdiyinə görə, hotellərdə qiymətlərin baha olmasının yeganə səbəbi bu sahəni monopoliyaya alan məmurlardır. Onun sözlərinə görə, hotellərdən vergidən əlavə alınan rüşvətin məbləği də olduqca yüksəkdir. Sahibkarlar da vəziyyətdən çıxış yolu kimi qiymətləri qaldırırlar.
Ekspertlər indiyədək dəfələrlə vurğulayıblar ki, Bakı hotelləri Türkiyə və Gürcüstan kimi qonşu ölkələrin təcrübəsinə yiyələnməlidir. Gürcüstanda gecəsi 15 avroya da hotel tapmaq mümkündür. Azərbaycanda isə ən ucuz hotellərdə qiymət 120 manatdan başlayır. Moskva, London, Nyu-York, İstanbul, Dubay kimi iri meqapolislərlə müqayisədə Bakıda hotel qiymətləri ucuz olsa da 1 və 2 ulduzlu otellərin sayının çoxluğu həmin şəhərlərdə gecəsi 20 və hətta 10 ABŞ dollarına mehmanxana tapmağa imkan verir. Digər tərəfdən, adıçəkilən ölkələrdə müvafiq qiymət qarşılığında turistlərə göstərilən xidmətlərin keyfiyyəti də yüksəkdir.
Bizdə də analoji vəziyyətin yaradılması üçün isə Əbülfəs Qarayevin nazirliyi öz fəaliyyətini gücləndirməlidir. Hotellərdəki yoxlamaların şəffaf və obyektiv aparılacağı, onların arxasındakı məmur maraqları nəzərə alınmadan sadəcə, qanunvericiliyin tələbləri əsas götürülərək təftişlər həyata keçiriləcəyi təqdirdə Bakıdakı mehmanxanaların da həm qiymət, həm keyfiyyətli xidmət sarıdan müasir standartlara yaxınlaşa biləcəyi real hesab olunur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15