YAP-dan sərt reaksiya
10:50 04-03-2015
CƏMİYYƏT
YAP-dan sərt reaksiya
Aydın Mizəzadə: "Milli Şura özünü biabır edir"
"Milli Şura yəqin ki, bu mitinqlə özünün mövcudluğunu yada salmaq istəyir. Prezident seçkilərindən sonra bu qurumun varlığı ümumiyyətlə yaddan çıxmışdı".
Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Milli Şuranın martın 15-ə təyin etdiyi mitinqə münasibət bildirərkən deyib. A.Mirzəzadə hesab edir ki, planlaşdırılan mitinq Milli Şuranın divident qazanma cəhddidir: "Manatla bağlı ölkə rəhbərliyi kifayət qədər məlumat verib, indi isə bununla bağlı ajiotaj yaratmaq istəyi əlbəttə ki, gülünc görünür. Demokratik ölkə olduğumuza görə, onlar öz tədbirini keçirə bilər, amma toplayacaqları bir neçə yüz adam onların siyasi uğursuzluğunun göstəricisi olacaq. Nəticə etibarilə ajiotaj mümkün olmayacaq. Çünki cəmiyyət prosesin necə getdiyini, niyə baş verdiyini və bu prosesin cəmiyyətin xeyrinə olduğunu bilir. Bir qrup insanın mitinq adı ilə tədbir keçirməsi hesab edirəm ki, siyasi görüntüdən başqa bir şey deyil. Bir neçə yüz adam toplamaları isə 9 milyonluq ölkədə çox cüzi rəqəmdir. Bu da elə onların öz iç üzünü açmağa xidmət edir. Mitinqlə Milli Şura bir da özünü biabır edəcək".
Qeyd edək ki, Milli Şura Azərbaycan Xalq Cəbhəsi Partiyasının təklifi ilə martın 15-ə mitinq təyin edib. Mitinqin manatın devalvasiyası və qiymət artımına etiraz olaraq keçiriləcəyi bildirilir.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15