Razi Nurullayev: "Əli Kərimli məni Milli Şuradan kənarlaşdıra bilər"
10:51 04-03-2015
CƏMİYYƏT
Razi Nurullayev: "Əli Kərimli məni Milli Şuradan kənarlaşdıra bilər"
"Mən Milli Şuranın Azərbaycanda yaxşı bir təşkilat olduğunu düşünürəm. Lakin bu qurumda AXCP sədrinin insanları süzgəcdən keçirmək cəhdlərini, onun meyar və tələblərinə uyğun addımlar atılmasını qəbul etmirəm. Orda hörmətli insanlar var, lakin onlar bunu qəbul etməsələr belə, bu və ya digər səbəbdən susurlar. Mən Milli Şurada qalıram. Amma AXCP məni bu qurumdan kənarlaşdıra bilər".
Bunu Publika.az-a açıqlamasında AXCP sədrinin keçmiş müavini Razi Nurullayev deyib.
R. Nurullayev aktiv siyasətə start verdiyini və yeni siyasi təşkilat yaratmaq niyyətində olduğunu bildirib: "Özümün siyasi təşkilatımı yaradacam. Bunun hərəkat, partiya, yaxud başqa formada olacağı haqda qərar verməmişəm. Dostlarımızla məsləhətləşirik və qərar veriləndə ictimaiyyətə açıqlayacağıq".
O, Müsavatda narazıların yaratdığı ADR hərəkatına qoşulmaq niyyətində olmadığını deyib.
"Özümün yaradacağım siyasi təşkilatın formatı üzərində iş gedir. Bu təşkilatda yeni insanların olmasını istəyirəm. Təbii ki, bir siyasi təşkilatdan digərinə keçənləri məqbul qarşılayıram. Amma təkcə bu insanlarla nəsə dəyişiklik etməyin mümkünlüyünə inanmıram. Ona görə də siyasətə yeni simalar, yeni nəfəs gətirmək istəyirəm. Ətrafımızda gənclər də var, eyni zamanda, kifayət qədər bizi dəstəkləyənlər mövcuddur. Sadəcə olaraq, konkret qərar olmadığı üçün onlar da gözləyirlər", - deyə o qeyd edib.
R. Nurullayev yaradacağı siyasi təşkilata AXCP-dən qoşulmaq istəyənlərin olub-olmadığı haqda heç nə demək istəmədiyini açıqlayıb.
O, sosial şəbəkələrdə ona qarşı təzyiqlərin hələ də davam etdiyini bildirib: "Əvvəlki kimi olmasa da, yenə də var. İlk günlər bir qədər sıxılırdım. Lakin mən tənqidə qarşı deyiləm. xüsusilə siyasətdə olan insanın tənqid olunması normaldır. Heç kim ehkam deyil, o cümlədən mən. Lakin mən hər kəsin öz adı, öz şəxsiyyəti altında fikir bildirməsinin tərəfdarıyam. Saxta profillərlə şantaj etmək, mənəvi terrora məruz qoymaq doğru deyil. Mən əvvəldən analiz apardım və məni dəstəkləyənlərin tənqid edənlərdən daha çox olduğunu gördüm. Ona görə də narahat deyiləm".
R. Nurullayev onu dəstəkləyib, lakin açıq formada fikir bildirməkdən çəkinən insanlarla gələcəkdə bir yerdə olması ehtimalından da danışıb.
"Mən AXCP-də fərqi fikir azadlığına müdaxiləyə etiraz edirdim. Hər bir insandan eyni qəlibdə olmağı tələb etmək doğru deyil. Biri radikal ola bilər, o biri daha çox liberal. Müxtəlif spektrli insanların bir yerdə olması mümkündür. Bu baxımdan, müəyyən məsələlərə görə mənə dəstəyini açıq şəkildə ifadə edə bilməyənlərlə gələcəkdə bir yerdə olmağımız da mümkündür. Əsas olan ümumi prinsiplərimizin və bölüşdüyümüz dəyərlərin eyni olmasıdır. Fikir müxtəlifliyini çox normal qarşılayıram. Bir təşkilatda fikir müxtəlifliyi yoxdursa, onun gələcəyi də yoxdur", - deyə o vurğulayıb.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15