Qərb qondarma soyqırımı məsələsində Ermənistana arxa çevirir
09:55 05-03-2015
CƏMİYYƏT
Qərb qondarma soyqırımı məsələsində Ermənistana arxa çevirir
"İsrail və Böyük Britaniyanın qondarma "erməni soyqırımı"na olan münasibəti elə qərbin münasibətidir. Avropadan təkcə Fransanın bu prosesə qoşulması və digər dövlətlərin parlamentlərində uydurma soyqırımı tanıyan qərarların qəbul edilməsi baş verib. Lakin dövlətlər bu məsələyə susqunluqla, yaxud, ümumiyyətlə, etiraz etməklə keçirlərsə, bu erməni siyasətinə dünyanın çox sərt şəkildə verdiyi bir cavabdır."
Bunu Milli Məclisin İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.
İsrail və Böyük Britaniyanın qondarma erməni soyqırımına qoşulmamasının erməni millətçi dairələrinin apardığı 100 illik təbliğatın ciddi iflasa uğradığını bildirən Aydın Mirzəzadə məsələyə münasibətini belə şərh edib:
"Ermənilər bu ilin aprel ayında böyük şou düzəltməyə çalışırlar. Lakin indiyə kimi dünya ölkələrindən yalnız Fransa prezidentinin Ermənistana gedəcəyi bildirilib. Düşünürəm ki, bu və ya digər səbəbdən Fransa prezidenti də səfərini təxirə salacaq. Çünki dünyanın qəbul etmədiyi uydurma bir tədbirdə Fransanın birinci şəxsinin iştirakı onun nüfuzuna böyük bir zərbə olardı.
Şübhəsiz ki, dünyanın nüfuzlu dövlətləri artıq bir müddətdir həmin tədbirdə iştirak etməyəcəklərini bildiriblər. Böyük Britaniya və İsrail kimi nüfuzlu dövlətlərin rəsmilərinin münasibəti isə dünyanın böyük bir hissəsinin münasibətidir. Dünya erməni yalanının müəlliflərindən biri olmaq istəmir. Dünya Ermənistanın bəşəriyyətə, sağlam düşüncəyə və ədalətə qarşı olan aqresiyasının müəlliflərindən biri olmaq istəmir".
Ermənistan dövlətinin tarixin bir təsadüfi nəticəsində yarandığını xatırladan deputat onun təcavüzkar siyasətini və bu siyasətin nə kimi nəticələrə gətirib çıxara biləcəyini də istisna etməyib:
"Ermənistan Azərbaycanın torpaqlarını işğal edir və Türkiyəyə qarşı iddia irəli sürür. Bununla yanaşı, qonşu ölkələrlə münaqişəyə gedərək iki stolda oturmağa çalışır. Yalan və iftiralardan sui-istifadə etmək Ermənistan dövlətinin rəsmi siyasətinin əsasını təşkil edir. Buna görə də Ermənistan millətçiləri uzun illərdən bəri apardıqları siyasətin acı nəticəsi ilə elə özləri də qarşılaşmalı olacaqlar".
Digər Xəbərlər
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14